Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1067/2020 05.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, AbşeronRayonMəhkəməsininhakimiNəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, xx xxxxxx 1982-ci ildə Əfqanıstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət Yol Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 10:03 radələrində «X1 Minik» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, spirtli içki qəbul etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Birdə belə hallara yol verməyəcəyini bildirdi. İşə əlavə edilmiş, İXP ******* nömrəli sərxoşluq vəziyyətini müayinə etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 10:03-də müayinə olunarkən onda 0.418 spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən başqa, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1067/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1067/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver