Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-107/2020 03.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, xx.xx.1959-cu ildə Ağdam rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2019-cu ildə saat 08 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-ZD- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətindədə hərəkətdə olarkən ara məsafəsi gözləməyərək qarşısında hərəkətdə olan X2 idarə etdiyi “Ford” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə X1 Yüngül zərərvurmaya aid xəsarət almışdır. Abşeron rayon polis mayoru X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2019-cu il tarixli, 2788 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sol haymor cibinin pnevmotizasiyasının zəifləməsi ilə müşayiət olunan burun və sol almacıq nahiyələrini əhatə edən dərialtı hematoması bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2019-cu il tarixli, 2787 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Abşeron rayon polis mayoru X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündəinzibatitənbehtətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi barədə zərərçəkmiş şəxs X3 mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməsi hüququnu izah edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs X3 vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-107/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-107/2020
03.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver