Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-107/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən qəbul edilmiş 11 yanvar 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 20000 ABŞ dollarının 20 faizi olmaqla 4.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X2 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənardan mal gətirmək üçün 20000 ABŞ dolları pul köçürmüş, həmin vaxtdan iki il müddət keçmiş olmasına baxmayaraq həmin vaxt Çin Xalq Respublikasında pandemiya səbəbindən adına heç bir mal daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 20000 ABŞ dollarının 20 faizi olmaqla 4.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Lakin hazırda həmin mələğin əvəzində xx.xx.2023-cü il tarixdə ölkəyə mal daxil olmuşdur. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi bankının nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta barədə qərar qəbul etmiş Mərkəzi bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikasından kənardan mal gətirmək üçün 20000 ABŞ dolları pul köçürmüş, həmin vaxtdan iki il müddət keçmiş olmasına baxmayaraq adına heç bir mal daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 20000 ABŞ dollarının 20 faizi olmaqla 4.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Məhkəməyə Şəki Əsgərov tərəfindən təqdim edilmiş **********7460 saylı xx.xx.2023cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəki Əsgərov xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənardan mal gətirmək üçün 20000 ABŞ dolları pul köçürmüş və mal xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tövsifedici əlaməti avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən hadisə tam araşdırılsa da hazırda inzibati xətanı yaradan hallar aradan qalxmış, pandemiya səbəbindən Çin Xalq Respublikasında mallar ölkəyə gec də olsa yəni xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, inzibati qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-107/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-107/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver