Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1070/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Abşeron rayon Polis İdarəsindən tərəfindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-yə və "xxxx" MMC-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Tərəflər məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-i DYPŞ-i tərəfindən "xxxx" MMCnə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “X2” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 08:07 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, lakin qeyd edilən müddətdə "xxxx" MMC tərəfindən məlumat Abşeron RPİ DYPŞ-nə verilməmişdir. Bu barədə sübut nə iş materiallarına mövcud deyil, nə də MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. "xxxx" MMC-nin direktoru Fariz Məmmədov tərəfindən məhkəməyə ünvanlanmış müraciətdən görünür ki, Abşeron RPİ DYPŞ tərəfindən "xxxx" MMC-yə ünvanlanan tarixsiz və imzalanmayan sorğu vərəqi X1 vasitəsi ilə MMC-nin ünvanına daxil olmuşdur. Poçt zərfinin üzərindəki möhürdən məlum olur ki. zərf Məmmədli PŞ-nə xx.xx.2024-də daxil olmuşdur. Təbii ki, ondan sonra həmin zərf MMC-nin ünvanına çatdırılmışdır. (Bu çatdırılmanın tarixi barədə hazırda MMC-də hər hansı bir rəsmi məlumat yoxdur.) Bu sorğu vərəqində qeyd olunur ki. xx.xx.2024-cii il tarixdə, saat 10:31-də MMC-nin mülkiyyətində olan X2 markalı 99JS.318 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı Quba yolu 12 kmdə. 5.9 yol nişanının tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu da sorğu vərəqində qeyd olunmuş və zəruri məlumatlar istənilmişdir. Daxil olan fakt üzrə müvafiq işlər görülərkən, eyni xarakterli sorğu vərəqi MMC-yə yenə də daxil olmuşdur. Poçt zərfinin üzərindəki möhürdən məlum olur ki. zərf Məmmədli PŞ-nə xx.xx.2024-də daxil olmuşdur. Ondan sonra həmin zərf MMC-nin ünvanına çatdırılmışdır. (Bu çatdırılmanın tarixi barədə də hazırda MMC-də hər hansı bir rəsmi məlumat yoxdur.) Bu sorğu vərəqində isə qeyd olunur ki, xx.xx.2024-cii il tarixdə, saat 08:07-də MMC-nin mülkiyyətində olan X2 markalı 99JS318 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı Quba yolu 12 kmdə. 5.9 yol nişanının tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu da sorğu vərəqində qeyd olunmuş və zəruri məlumatlar istənilmişdir. Göründüyü kimi eyni xarakterli sorğuda inzibati xətaya yol verildiyi saat vaxtı müxtəlif göstərilmişdir. İnzibati xətanın törədildiyi saat bir sorğuda 08:07, digər sorğuda isə 10:31 (inzibati xətanın törədildiyi yerdə həm də 08:07 yazılmışdır.) göstərilmişdir. Bunun üçün tərəfimizdən bəzi araşdırmalar aparıldı və bu sorğular bir hal kimi nəzərdə tutularaq lazım olan məlumatlar aidiyyatı üzrə portal.com.az saytında elektron kabinetdə təqdim edildi (göndərildi). Məhkəmə üçün zəruri olan məlumatlar, o cümlədən Poçt şöbəsi tərəfindən sorğuların MMC-yə təqdim etdiyi vaxtı təsdiq edən, eləcə də MMC tərəfindən sorğunun cavablandırıldığı vaxtları rəsmi təsdiq edən sənədlər, həm Poçt şöbəsindən, həm də DYPŞ-dən əldə edilə bilər. DYPŞ tərəfindən texniki səhvlərə yol verilərək sorğularda yalnışlığa yol verildiyi, eləcə də tərəflərndən bununla bağlı müvafiq araşdırmalar aparılmaqla zəruri məlumatların DYPŞ-nə təqdim edilməsi də nəzərə alınmadan xx.xx.2024-cü il tarixdə İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsassız və ədalətsiz tərtib edilmişdir, tərəflərindən 347-ci maddə üzrə hər hansı bir İnzibati xəta pozuntusuna yol verilməmişdir. Poçt şöbəsindən sorğu təqdim edildiyi vaxtdan və mövcud texniki səhv müəyyən edildikdən dərhal sonra məlumatlar DYPŞ-nə təqdim olunmuşdur. DYPŞ tərəfindən məhkəmə üçün zəruri olan sənədlər, o cümlədən MMC-yə sorğunun (imza və möhürsüz) nə vaxt təqdim olunduğunu, eləcə də MMC tərəfindən məlumatların DYPŞ-nə nə vaxt təqdim edildiyini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmiş və ya müvafiq məktuba əlavə olunmamışdır. Məhkəmədə olan iş materiallarından isə bəlli olur ki, xx.xx.2024-cü il tarixdə tərtib olunan İnzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsi üzrə tələblər ciddi surətdə pozulmaqla xx.xx.2024-cü il tarixdə səlahiyyətli orqana- məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq tərtib edilmiş protokolun əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir.MMC etirazının dəlillərini təsdiq edən “dərhal sonra məlumatlar DYPŞ-nə təqdim olunmuşdur” bildirilsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İM : Abşeron RPİ DYPŞ tərəfindən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* saylı protokol üzrə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1070/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1070/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver