Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1072/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakları ilə X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya postu tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 342.5-ci maddəsi ilə inzibati tənbeh verilməsinə dair 06.07.2021-ci il tarixli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun barəsində Abşeron RPİ-si tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 342.5-ci maddəsi ilə inzibati tənbeh verilməsinə dair 06.07.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 ərizəni onunla əsaslandırdı ki, ona məxsus **-CC- *** dövlət nişanlı, Mersedes 2.2 CDİ markalı avtomobil ilə hərəkətdə olan zaman, ekologiya postunda yol polis əmkdaşları avtomobili saxlamış, normativlərdən və qaydalardan kənar avtomobilin dəm qazı yoxlanılmış və xaric olan dəm qazının normativdən artıq olduğu qeyd olunaraq ona İXM-nin 342.5-ci maddəsi üzrə 50 manat cərimə tətbiq olunmuşdur. Hesab edir ki, onun İXM-nin 342.5-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmağı qanunsuzdur. Belə ki, Dizel mühərrikli avtomobillər QOST P 52160-2003 əsasən yoxlanılmalıdır. Bu standartlara əsasən inspektor yoxlanışdan əvvəl avtomobilin texniki vəziyyətinə və komplektasiyasına nəzər yetirməlidir. YHQ 1 saylı əlavədə nəzərdə tutulmuş nasazlıqlar varsa (Yanacaq sisteminin hermetikliyi pozulduqda. İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda ) avtomobil istismardan kənarlaşdırılır və bu nasazlığın aradan qaldırılması tələb edilir. Və ümumiyyətlə belə nasazlıq olduqda avtomobilin dəm qazı səviyyəsi yoxlanılmır. Məsələn- Check engine işığı yanırsa yenə yoxlanış aparılmır. Çünki bu nasazlıqlar birbaşa nəticəyə təsir edə bilər. Həmçinin hava şəraiti və yerləşmə nəticələrə təsir göstərə bilər. GOST-a əsasən ətrafda hava -10 dərəcədən +35 dərəcəyə qədər olmalıdır. Atmosfer təzyiqi isə 690 mm-dən 790 mm-ə qədər olmaldır. Dəniz səviyyəsindən 800 metr yuxarıda artıq təzyiq normadan aşağıdır. Əgər təzyiq düz gəlmirsə, ölçmə aparıla bilməz. Avtomobilin dəm qazı yoxlanılan cihaz hər il texniki yoxlanışdan keçməli və onun uyğunluq sertifikatı olmalıdır. Həmçinin dəm qazının səviyyəsinin müəyyən olunmasında yanacağın keyfiyyəti də mühüm rol oynayır. Lakin, cəriməni tətbiq edən yol polis əməkdaşı həmin halların heç birinə riayət etməmişdir. Hazırkı şikayəti tam, obyektiv və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti yol polisi şöbəsində toplanmış inzibati xəta haqqında iş üzrə protokol, qərar, foto, video və digər sənədlərin əslinin barəsində şikayət verilən orqandan tələb olunması zəruridir. Qeyd edim ki, inzibati xəta haqqında protokolun və inzibati məsuliyyətə cəlb etmə barədə qərarın surəti ona təqdim olunmamışdır. ASAN Pay vasitəsilə protokol üzrə qərarın qəbul olunduğunu öyrənmişdir. Göstərilənlərə əsasən, ekspertiza keçirilməklə avtomobilimin dəm qazının normativlərə uyğun olub-olmaması müəyyən edilməli və eskpertizanın nəticələrinə əsasən şikayət üzrə qərar qəbul edilməlidir. Sonda o, barəsində qəbul edilmiş inzibati xəta haqqında 06 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya postuna məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya postunun nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İXP ******* nömrəli, 06.07.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və AsanPay portaldan çıxarışdan görünür ki, X2 **-CC-*** dövlət nişanlı, Mersedes 2.2 CDİ markalı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, lakin inzibati xətanın törədilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri, maddi sübutları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, xüsusi texniki vasitələrin göstəricilərini və yaxud keçirilibsə ekspert rəyini sorğu əsasında tələb edərkən məhkəməyə yalnız inzibati xəta haqqında protokol göndərilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilmədiyi və sübut olunmadığı üçün X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya postu tərəfindən tərtib olunmuş 06.07.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya postu tərəfindən tərtib olunmuş 06.07.2021-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1072/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1072/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver