Məhkəmə qərarları › İş №3(012)-1072/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1072/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1072/2022 04.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1 barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə daxil xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon icra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-4344/2015 saylı, xx.xx.2015-ci il icra sənədinə əsasən ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASCnin 1 saylı Yaşıllaşdırma İdarəsinin sədri Şəxs barəsində tərtib olunmuşMN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolu baxılmadan geri qaytarılması xahiş olunmuş, belə ki, icra vərəqəsində tələb cavabdeh tərəfindən tam təmin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsini rəhbər tutaraq Qərara aldım: X1 barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar