Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1073/2022 07.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, zərər çəkmiş şəxs X2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında 07 iyul 2022-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 07 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 07 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, 22 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs müvəqqəti olaraq məhkəməyə müraciət olunduğu 17 may 2021-ci il tarixdən başlayaraq 24 noyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində tutularaq X3 ödənilməsi qət edilmişdir. Bununla yanaşı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən məhkəməyə müraciət olunduğu 17 may 2021-ci il tarixdən başlayaraq (Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla) 24 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bununla yanaşı Abşeron Rayon Məhkəməsinin 2(012)-4567/2019 saylı, 08 noyabr 2019cu il tarixli icra sənədinə əsasən Şəxs İMEİ koldu **********74099 olan “Samsung Galaxy J 8 2018” DS üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 80 manat cərimə pulu, ümumilikdə 812 (səkkiz yüz on iki) manat borc məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cəmi 842 (səkkiz yüz qırx iki) manatın tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, 22 iyun 2021-ci il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-4567/2019 saylı, 08 noyabr 2019-cu il tarixli icra sənədləri üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs bu günədək heç bir ödəniş ödəməmişdir. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hal-hazırda faktiki olaraq işləmədiyini, aylıq gəlirinin az olmasını və hal-hazırda maddi imkanının zəif olması səbəbindən icra sənədləri üzrə borcunu ödəyə bilmədiyini göstərdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 borclunun müxtəlif vədlərlə, bəhanələrlə onu aldadaraq hər ay ödəməli olan alimenti və aliment borcunu ödəmədiyini, övladının artmaqda olan tələbatını tək ödəməkdə çətinlik çəkdiyini və icra sənədləri üzrə ödənilməmiş borcun tam şəkildə ona ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını nəzərə alıb onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4263/2021 saylı, 22 iyun 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs müvəqqəti olaraq məhkəməyə müraciət olunduğu 17 may 2021-ci il tarixdən başlayaraq 24 noyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində tutularaq X3 ödənilməsi qət edilmişdir. Bununla yanaşı iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, məhkəməyə müraciət olunduğu 17 may 2021-ci il tarixdən başlayaraq (Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla) 24 noyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bununla yanaşı iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)- 4567/2019 saylı, 08 noyabr 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs İMEİ koldu **********74099 olan “Samsung Galaxy J 8 2018” DS üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 80 manat cərimə pulu, ümumilikdə 812 (səkkiz yüz on iki) manat borc məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cəmi 842 (səkkiz yüz qırx iki) manatın tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 07 iyul 2022-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1073/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1073/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver