Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1074/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: (AZ **********, Abşeron rayonu, Güzdək əhəngdaşı yatağı) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ehtiyatlarından istifadə agentliyi tərəfindən ”GÖYƏRÇİN SERVİS`” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə protokol məhkəməyə daxil olmuşdur MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Abşeron rayonu Güzdək əhəngdaşı yatağında “Dağ mədən ayırma” aktı olmadan faydalı qazıntı hasilatı aparılmışdır. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən son bir ildə 3660 m3 həcmində hasilat aparılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs «GÖYƏRÇİN SERVİS`” MMC-yə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ehtiyatlarından istifadə agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ehtiyatlarından istifadə agentliyi tərəfindən tərtib edilmiş 000291 nömrəli aktdan görünür ki ``GÖYƏRÇİN SERVİS`` MMC yer təkindən istifadəyə icazə sənədi,”dağ-mədən ayırma aktı” olmadan fəaliyyət göstərir. Baxışda iştirak etməsi üçün məsul şəxs X2 ilə telefon əlaqəsi(**********) saxlanıldı və baxışda iştirak etməsi bildirildi, lakin sözügedən şəxs iştirak edə bilməyəcəyini bildirdi. Ölçü işləri aparıldı və aşağıda qeyd olunan 2 sahə müəyyən edildi.1-ci sahə 5806 m2 sahədə orta istismar dərinliyi 3,2 metr olmaqla 18579 m3 həcmində mişardaşı hasilatı aparılmışdır.Son 1 (bir) il üzrə istismar olunan həcm 6967 m3 təşkil edir. Ərazidə 1 ədəd daşkəsən kombayn, 1 ədəd şırımaçan, 2 ədəd mişar daşlarının yığılıb daşındığı ``** BL ***`` ``** OV ***`` qeydiyyat nömrəli yük avtomobilləri müşahidə edildi. İstismar zamanı yaranan itkiləri nəzərə alaraq(60%) ümumi istismar həcmi 7431 m3,son 1 il üçün isə 2786 m3 təşkil edir. Sahə 2: 2733 m2 sahədə orta istismar dərinliyi 4 metr olmaqla 10932 m3 həcmində mişardaşı hasilatı aparılmışdır. Son 1(bir) il üzrə istismar olunan həcm 2186 m3 təşkil edir.Ərazidə 1 ədəd kombayn,1 ədəd şırımaçan ,mişardaşlarının yığılıb daşındığı ``** BB ***`` , ** KL ***``qeydiyyat nömrəli yük avtomobilləri müşahidə edildi. İstismar zamanı yaranan itkiləri nəzərə alaraq(60%) ümumi istismar həcmi 4372 m3,son 1 il üçün isə 874 m3 təşkil edir. Yekun olaraq ümumilləkdə 11803 m3, son 1 il üçün isə 3660 m3 istismar həcmi müəyyən edildi. Tullantıların idarə olunması, qorunması uçotu təmin edilməmişdir. Nəticə olaraq ``GÖYƏRÇİN SERVİS`` MMC tərəfindən yer təkindən istifadəyə qanunla icazə verən “dağ-mədən ayırması” aktı olmadan fəaliyyət göstərməklə ``Yer təki`` haqqında Azərbaycan Respublikası qanunun 9,10,21,46-cı maddələrinin tələbləri pozulmuşdur. Ərazinin fotoşəkilləri akta əlavə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ”GÖYƏRÇİN SERVİS” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC–nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon Probasiye şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1074/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1074/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver