Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1077/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs 1-ci Taqım Baş yol patrul xidmət inspektoru, polis baş leytenantı X1 və inzibati xəta törədən şəxs Hümbətov Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan MR-nın Babək rayonu, Yarımca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR-nın Babək rayonu, Yarımca kəndində ünvanında qeydiyyatda olan, Masazır kəndi Qurtuluş 93bina 5, mənzil 18-də yaşayan Hümbətov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-dan daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13.07.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Hümbətov Şəxs 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində Bakı Quba yolunun 18-ci km-də yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs 1-ci Taqım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 bildirdi ki, Hümbətov Şəxs 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində Bakı-Quba yolunun 18-ci km-də yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Buna görə də Hümbətov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Hümbətov Şəxs izahatında göstərdi ki, 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində uşağının hərarətinin artması xəbərini eşidib VAZ 21074 minik markalı, ** MR *** dövlət qeydiyyat nşanlı avtomobili ilə Bakı-Quba yolunun 18-ci km-də tələsik qarşıdakı avtomobilləri ötüb evə gedərkən polis yol xidməti əməkdaşları tərəfindən saxlanılmış və barəsində protoko tərtib edilərək idarə etdiyi VAZ 21074 minik markalı, ** MR *** dövlət qeydiyyat nşanlı avtomobil isə dayanacağa qoyulmuşdur. Sonda o, avtoxuliqanlıq hərəkətləri etmədiyini bildirərək onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati xəta törədən şəxs Hümbətov Şəxs 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində uşağının hərarətinin artması xəbərini eşidib idarə etdiyi VAZ 21074 minik markalı, ** MR *** dövlət qeydiyyat nşanlı avtomobili ilə Bakı Quba yolunun 18-ci km-də manevr etmə qaydalarını pozmaqla qarşıdakı avtomobilləri ötüb keçərkən polis yol xidməti əməkdaşları tərəfindən saxlanılmış və barəsində protoko tərtib edilmiş və idarə etdiyi VAZ 21074 minik markalı, ** MR *** dövlət qeydiyyat nşanlı avtomobil dayanacağa yerləşdirilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində göstərilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını və məhkəmənin sorğusu əsasında tələb edilib tərəflərin iştirakı ilə Hümbətov Şəxs inzibati xətasını əks etdirən diskə köçürülmüş videogörüntüsünə baxış keçirərkən, habelə məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərkən belə nəticəyə gəlir ki, Hümbətov Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 1-ci Taqım Baş yol patrul xidmət inspektoru, polis baş leytenantı X1 tərtib etdiyi 13.07.2021ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə Hümbətov Şəxs 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində Bakı Quba yolunun 18-ci km-də yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar qanunvericiliynə görə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Hümbətov Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Hümbətov Şəxs hərəkətində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər görünmür. Məhkəmə hesab edir ki, Hümbətov Şəxs 13.07.2021-ci il tarixdə saat 17:34 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, ** MR *** dövlət qeydiyyat nşanlı avtomobili ilə Bakı Quba yolunun 18-ci km-də hərəkətdə olarkən manevr etmə qaydalarını pozduğu üçün onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbləri ilə nizama salınmalıdır. Belə olan halda, Hümbətov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hümbətov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1077/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1077/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver