Məhkəmə qərarları › İş №3(012)-1078/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1078/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1078/2020 22.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ QƏRAR xx xxxx 2020-ci il Xırdalan şəhəri Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi Fuad Məmmədovun, Elçin Hacıxanovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X6 yaşadığı evin hasarının çöl tərəfinə quraşdırılmış 150 manat dəyərində qaz sayğacını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin pəncərəsini açmaq yolu ilə qonaq otağında olan bankadan 60 manat dəmir pulu və 30 manat dəyərində bijuteriyanı talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2106 markalı, 24BC926 dövlət qeydiyyat nişanlı avtomobilindən 50 manat dəyərində ehtiyat təkərini talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 məxsus evin çöl tərəfinə quraşdırılmış 100 manat dəyərində olan su sayğacını talamışdır. Bundan başqa o,Mega Store marketdən 20 manat dəyərində Veskol yağını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X5 idarə etdiyi Mercedes markalı 99PB212 d.q.n avtomobilin şüşəsini sındırmaqla Nokia markalı telefonu və 50-60 manat pulu talamışdır. \Bundan başqa o, Abşeron rayonu, Masazır qəsəbəsi, M.C.Paşayev küçəsində yrləşən evin zirzəmisindən 100 manat dəyərində elektrik naqillərini talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes markalı, 10SO343 d.q.n avtomobildən 60 manat dəyərində pul talamışdır. Bundan başqa o, X2 yaşadığı evin küçəsində olan 70 manat dəyərində su sayğacını talamışdır. Bundan başqa o, X3 məxsus fərdi yaşayış evinin 80 manat dəyərində su sayğacını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı binanın blokunda evinin giriş qapısının qarşısında ona məxsus plastik materialdan olan şkafdan 70 manat dəyərində olan 1 ədəd perefaratorun və 30 manat dəyərində olan 1 ədəd laqondasını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində Azəriqaz İBnə məxsus vaqondan plastik pəncərəni açma yolu ilə 30 metr mis naqil, 2 qutu qaynaq çubuğu, 1 ədəd qaz peçi və 30 manat dəyərndə idman çantasının talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 idarə etdiyi Mercedes Atıko markalı, 90RP485 d.q.n avtomobildən 40 litr dizel yanacığını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Araz” marketdən 14 ədəd enerji içkisi olan Red Bull talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs14 idarə etdiyi Qazel markalı, 50CL617 d.q.n avtomaşının akkumulyatorun talamışdır. Bundan başqa o, Abşeron rayonu, Üzümçülk adlana ərazidən 100 manat dəyərində keçi talamışdır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs17 yaşadığı evdən 90 manat dəyərində 2 ədəd samovarı və 1 ədəd direli talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs16 idarə etdiyi Mercedes markalı 32BC923 d.q.n avtomaşının şüşəsini sındıraraq 10 manat dəyərində flaşkart talamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi Fuad Məmmədov və Elçin Hacıxanov izahatlarında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək narkotik vasitə aludəçisi olduğunu, etdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş materillarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixində saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materillarında olan Abşeron rayon Məhkəməsinin 3(012)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi il təqsirli bilinərək 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs etdiyi əməli səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixində saat 19:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar