Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1079/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Hüquqi şəxs olan « Abşeron RİH MKTİSTB Abadlıq və Kommunal Xidmətləri İdarəsi» nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs « Abşeron RİH MKTİSTB Abadlıq və Kommunal Xidmətləri İdarəsi» barəsində Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron Rayon Polis İdarəsinin rəis müavini tərəfindən məhkəməyə daxil xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3(012)-1079/2022 saylı iş materialalrında olan inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri bir sıra əlavə və düzəlişlər etmək məqsədi ilə baxılmadan geri qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsini rəhbər tutaraq Qərara aldım: Hüquqi şəxs olan « Abşeron RİH MKTİSTB Abadlıq və Kommunal Xidmətləri İdarəsi» nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1079/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1079/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver