Məhkəmə qərarları › İş №3(012)-108/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-108/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-108/2021 08.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1973-cü ildə Ağsu rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 6, mənzil 90-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(012)- 94/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,3285 ha torpaq sahəsinin zəbt etdikləri hissədən çıxarılmalı, həmin hissənin koordinatları daxilində onlar tərəfindən inşa edilmiş tikililər öz hesablarına söküməli və torpaq sahəsi boşaldılaraq tələbkar X1 qanuni sahibliyinə qaytarılmaldır. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs oğlu barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda maddi vəziyyəti ağırdır. Ona görə də qətnamədə qeyd olunan hasarın öz hesabına sökülməsini icra edə bilmir, lakin qətnaməyə hörmətlə yanaşır. Məhkəmə iclasında müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1809/2018 saylı, xx.xx.2018-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati işə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-79/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 3(012)- 1809/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-374/2019 saylı, xx.xx.2019-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə 500 manat cərimə cəzası təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs tələbkar X7 oğluna olan borcunu ödəyəcəyini vəd edir. Eyni zamanda eyni fakt üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Belə olan halda, Şəxs barəsində eyni fakt üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar