Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1080/2020 23.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, NuruyevaNüşabəƏləddinqızınınkatibliyiilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞ-nin polis sahə rə X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olm Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sub işləməyən, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivin kirayədə yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Ray Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə s 03:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə Bazar ünvanında 8103 icazə sisteminin tələblər riayət etməyərək ölkə ərazisində elan olunmuş karantin rejimi qaydalarını pozmuş, bununla da Şəxs oğlun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətm göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi X2 məhkəmə verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, Xırda şəhəri, Köhnə Bazar ünvanında 8103 icazə sisteminin tələblərinə riayət etməyərək ölkə ərazisində e olunmuş karantin rejimi qaydalarını pozmuşdur.Buna görə də X4 barəsində Azərbaycan Respublikası İXM- 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrin Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 MTK-da yaşayan rəfiqəsi Vüsaləgilə getmiş, orada yem yedikdən və spirtli içki qəbul etdikdən sonra onunla birlikdə Bakı şəhəri, Gənclik metrosunda yaşayan di rəfiqəsigilə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış, ondan icazəsinin olub-olmamasını soruşmuş isə icazəsinin olmadığını bildirdikdə polis əməkdaşları onu Abşeron RPİ-yə dəvət edərək barəsində inzib protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xa etdi. İş materiallarında olan 2/4752 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının təyini məqsəd aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta səviyyədədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə s 04:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlid Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictim münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karan rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçin Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövc olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyek baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şə Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsin təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati x törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqs daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənb ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsa olmalıdır. Azərbaycan RespublikasınınİXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsin inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsiri dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs sərxoş halda olması onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbe məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, h də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tət edilsin. Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Ray Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1080/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1080/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver