Məhkəmə qərarları › İş №3(012)-1080/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1080/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1080/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun nümayəndəsi-vəkili X5, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş 01 may 2023-cü il tarixli 172/FN saylı qərarla qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli AZ-21010078/LAB0323007- T-007 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizm sitrus tristeza virusu Nazirlər Kabinetinin xx.xx.2006- cı il tarixli 280 saylı qərarının tələblərinə cavab verməmişdir. "xxxx" MMC-nin müraciəti əsasında idxal olunmuş 21700 kq portağal məhsul partiyası satıldığından həmin məhsulun 10 gün müddətində geri çağırılması və bu barədə görülmüş tədbirlər haqqında Agentliyin Bakı Regional Bölməsinə məlumat verilməsi qərara alınmışdır.Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN0010280 saylı, xx.xx.2023-cü il tarixli Qərar qanunsuz və əsassızdır. Nümunə götürüldükdən dərhal sonra labaratoriyaya aparılmalı və orada nümunənin onların salamatlığını təmin edəcək şəraitdə, sərin yerdə, nəmliyini qoruyacaq şəkildə saxlanmalı. olmasına baxmayaraq, nümunə götürüldükdən sonra götürüldüyü yerdə və onun korlanmasına və kimyəvi tərkibinin dəyişməsinə səbəb olacaq şəraitdə 8 gün saxlanılmış 8 gündən sonra labaratoriyaya təqdim olunmuşdur. Ümumilikdə ərizənin daxil olduğu tarixdən ən geci 7 iş günü (konvensiyanın tələbləri nəzərə alnmaqla məhsulun korlanmaması üçün ən qısa müddətdə) ərzində sertifikatın verilməsi və ya ondan imtina haqqında qərarın qəbul edilməli olmasına baxmayaraq, qərar 17 gün sonra qəbul edilmişdir (idxal və müraciət tarixi xx.xx.2023 - qərar qəbul edilmə tarixi xx.xx.2023) Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın V maddəsinin tələblərinə uyğun qaydada qeyd olunan və sınağı aparılan məhsula ixracatçı ölkə olan Türkiyə Respublikası tərəfindən ******* saylı fitosanitar sertifikat (vəsiqə) verilmiş və həmin məhul partiyasında hər hansı zərərverici və ya digər nöqsan aşkarlanmamışdır. Beləliklə, nümunənin saxlanması şəraitinə riayət olunması, ekspertizanın vaxtında və lazmı qaydada aparılmaması və məhsulun ixraçatcı ölkəsində də ona fitosanitar sertifikatın verilməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqanın zəruri tədbirləri vaxtında və düzgün şəkildə görməməsi sınağın nəticələrinə təsir göstərmiş və müvafiq qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Göstərilənlərdən göründüyü kimi barəsndə inzibati tənbehin şərti tətbiq edilməsi haqqında qərarın çıxarılmasına səbəb onların təqsirinə görə deyil, Azərbaycan Respublikası X2 vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliklərindən qaynaqlanmışdır. Müddət AQTA-nın vəzifəli şəxsləri tərəfindən suni surətdə uzadıldığı üçün gətirilmiş məhsulların qeyri-müəyyən müddətə saxlanılması həmin məhsulun yararsız hala düşməsinə və satışının mümkünsüzlüyünə səbəb olacaq və idxalçıya külli miqdarda maddi zərərin dəyməsi ilə nəticələnəcəkdiHəmçinin məhsul tərəflərindən bir müddət satışa çıxarılmamış, labaratoriyanın nəticələrinin və yekun qərarın onlara daxil olmadığını və aradan kifayət qədər uzun müddətin keçdiyini gördükdən sonra məhsulla bağlı hər hansı problemin olmadığını ehtimal edərək satışı həyata keçirilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 169/FN saylı qərar inzibati qaydada mübahisələndirilmişdir və həmin mübahisə nəticələnmədən ona cərimə tətbiq edilməsi qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmaqla hüquq və mənafelərinin pozulmasına gətirib çıxaracaqdır. Belə ki, mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarı nəticəsində, qeyd olunan inzibati akt (xx.xx.2023-cü il tarixli 169/FN saylı) ləğv olunarsa, bu artıq barəsində tətbiq edilmiş cərimənin qanunsuz olmasını göstərməklə, ona əsassız şəkildə maddi zərər vurulması deməkdir. Qeyd olunan hal isə onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququmun kobud surətdə pozulmasıdır. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi-vəkili X9 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X10 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 2023-ci il 8 iyun tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən, "xxxx" MMC-nin direktoru X8 “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 1 may tarixli № 172/FN saylı Qərarı icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4 000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 16 noyabr tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarının nəticə hissəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 1 may tarixli № 172/FN saylı Qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, inzibati akt hesab olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati aktlardan verilmiş şikayətlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci fəslində müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin birinci hissəsinə əsasən, İnzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. Qeyd edilən qanun maddəsinin mətnindən aydın olur ki, inzibati aktlarla bağlı yaranan inzibati mübahisələrə dair işlərə Azərbaycan Respublikasının inzibati məhkəmələri tərəfindən baxılır. Rayon (şəhər) məhkəmələrinin inzibati mübahisələrə dair işlərə baxma səlahiyyəti yoxdur. Əlavə olaraq, həmin Qanunun 76.1-ci maddəsində qeyd edilir ki, bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. Hazırda Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 1 may tarixli № 172/FN saylı qərarın ləğv edilməsi və ya icrasının dayandırılması ilə bağlı Azərbaycan Respublikasının inzibati məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarı olmadığından, Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 2023-cü il 8 iyun tarixli, MN seriyalı, ******* saylı inzibati cərimə qərarı hazırkı inzibati xəta haqqında işin predmeti və İXM-in 544.2-ci maddəsinin dispozitiv elementi olan “istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə” hərəkəti qeyd edilən inzibati qərarın "xxxx" MMC-nin direktoru X8 tərəfindən icra edilməməsi səbəbilə əsaslı hesab edilməlidir. Bundan başqa, "xxxx" MMC tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal olunan çəkisi 21700 kg portağal məhsulu 2023-cü il 27 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasına qəbul edilmiş və müayinələrə cəlb edilmişdir Həmin laboratoriyanın AZ 21010078/LAB03-23007-T-007 nömrəli sınaq protokoluna (əlavə edilir) əsasən, sözügedən məhsulda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nın Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər (A 1 Qrupu) üzrə Virus və viroidlər (V) hissəsinin birinci bəndində göstərilən Sitrus virusu (Tristeza virus) aşkar edilmişdir. Bu səbəbdən "xxxx" MMC barəsində Agentliyin Bakı regional bölməsi tərəfindən “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 1 may tarixli № 172/FN saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə prosedur qaydalara tam şəkildə əməl edilərək nömunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonar “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 2023-cü il 1 may tarixli № 172FN saylı Qərarı qəbul edərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, bu icra edilmədikdə isə həmin məhsulların 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsini tələb etmişdir. Lakin "xxxx" MMC həmin qərarı icra etməyərək qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla yanaşı, hətta qida təhlükəsizliyi sertifikatı olmadan və tərkibində karantin tətbiq edilən viruslu məhsulu sataraq Azərbaycan Respublikası vətəndaşlarının həyat və ya sağlamlığına ciddi təhlükə yaratmışdır. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 169/FN nömrəli “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarından görünür ki, sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tədbiq olunan zərərli orqanizm aşkar olunduğundan mal partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli, 280 nömrəli qərarının tələblərinə cavab vermədiyindən, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 21.700 kq portağal məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatlarının verilməsindən imtina edilmiş, həmin məhsul partiyasının dövriyyəsinin dayandırılması qərarın qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi və bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 01 may 2023-cü il tarixli, 172/FN nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlə idxalı həyata keçirilmiş 21.700 kq portağal məhsul partiyasının dövriyyəsi dayandırılmışdır. İdxal olunan ümumi çəkisi 21700 kr protağa məhsulu 10 gün müddətində ticarət şəbəkəindən geri çağırılmalı və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə məlumat verilməlidir. Ticarət şəbəkələrindən geri çağırılmış məhsul qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalıdır. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlə idxal olunan və satışı həyata keçirilmiş qida məhsul partiyası barədə qəbul olunan xx.xx.2023-cü il tarixli qərarın icra olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-1080/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı (hakim C.Səfiyeva) ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 3(012)-1080/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun: 30.2-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qəbul etdiyi qərar əsasında geri çağırılması nəzərdə tutulduqda və bu qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edir və həyata keçirir. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski sübut olunduqda yol verilir. 30.3-cü maddəsinə əsasən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalıdır. 30.4-cü maddəsinə əsasən bu Qanunun 30.1-ci və 30.2-ci maddələrinə uyğun olaraq geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən həyat və sağlamlıq üçün təhlükəsiz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır. 30.5-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. 30.7-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, ‘Ertagro" MMC idxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli İD********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyinə müraciət etsə də, onun həmin müraciətinə xx.xx.2023-cü il tarixli 169/FN nömrəli qərarla münasibət bildirilmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli 169/FN saylı qərar "xxxx" MMC tərəfindən inzibati qaydada mübahisələndirilməsi, iddia ərizəsi hazırlanaraq Bakı İnzibati Məhkəməsinə göndərilməsi inzibati xətanın törədilməsini istisna etmir, işin icraatına xitam veriılməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar