Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1082/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Zərərçəkmiş şəxs, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, inzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Abşeon Rayon Vəkil Bürosunun vəkili X6, xx xxxxxx 1970-ci il tarixdə Füzuli rayonu, Şəkərcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, tarixdə Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi, 2-ci bina, mərtəbə 6, mənzil 82-də yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilkə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(064)-143/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş borc tələbi barədə Füzuli Rayon Məhəməsinin 16.03.2021-ci il tarixli, 2(064)- 143/2021 saylı icra vərəqəsinə əsasən X1 10000 (on min) manat pul tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. X4 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə X2 həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(064)-143/2021 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 03.05.2021-ci il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. X2 hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu X8 oğlu icra vərəqəsi üzrə qeyd olunan borc məbləğindən heç bir ödəniş etməmişdir. Hazırda borclu X8 oğlunun 10.000 manat borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X8 oğlu verdiyi izahatında göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs olan borcundan ödənişlər etmemişdir. Hazırda maddi imkanı olmadığına görə tələbkara olan 10.000 manat borcunu tam ödəyə bilmir. İmkanı olduğu təqdirdə borcundan ödənişlər edəcək. Borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Tələbkara olan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclu X2 hal-hazırda 10.000 manat borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X8 oğlunun müdafiəçisi X10 verdiyi izahatında göstərmişdir ki, X4 tələbkar Zərərçəkmiş şəxs olan 10.000 manat borcunu ödəməkdən boyun qaçırmır. Ödənişlər edə bilməməsinin səbəbi işsiz olmasıdır. Halhazırda maddi imkanı yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 barəsində inzibati işə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş 17.05.2021-ci il tarixli qərardan görünür ki, X4 barəsində axtarış elan olunmuşdur. Məhkəmədə X4 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. X2 törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun X2 hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq X4 yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. X2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq X4 yenə də hal-hazırda borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Füzuli Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(064)-143/2021 saylı icra vərəqəsinə əsasən 10.000 manat borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, X8 oğlu barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X8 oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən X2 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X4 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən, saat 17:45-dən hesablansın. İnzibati xəta törədən şəxs X3 məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1082/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1082/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver