Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1085/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş Abşeron rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin (VÖEN **********) mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı, yəni 13 mart 2025-ci il tarixdə, saat 13:42-də idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Tərəf məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəfin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi Abşeron rayon Polis İdarəsi DYPŞ-nin sorğusuna həm elektron, həm də yazılı şəkildə cavab vermişdir. Həmçinin, qeyd edir ki, Abşeron rayon Polis İdarəsi DYPŞ cavab məktublarını qəbul etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “Lada 21214” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 mart 2025-ci tarixdə, saat 13:42 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş və məktub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin hüquqi ünvanı kimi göstərilmiş ünvan 1ərilmiş, xx.xx.2025-ci il tarixdə qarşı tərəf qəbul etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru tərəfindən Abşeron RPİ-nin X7 Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Lada 21214” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2r.Həmin məktubun üzərində olan qeydiyyatdan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron RPİ tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Abşeron RPİ-nin DYPŞ-nin sorğusu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru tərəfindən Abşeron RPİ-nin X7 Şöbəsinə məktub ünvanlayaraq “Lada 21214” minik markalı **-PH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 olması bildirilmiş, xx.xx.2025-ci il tarixdə Abşeron RPİ tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi barəsində başlanmış xx.xx.2025-ci il tarixli AP ******* saylı protokol üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1085/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1085/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver