Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1087/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 katibliyi, Şikayət verən X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə xx xxxxxx 2020-cu il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X3 bildirdi ki, Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsijıin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. O, dörd ay olar ki, işləmirdi və ailəmi dolandırmaq üçün çörək belə almağa imkanı yox idi. Dövlətdən də işsizliyə görə hər hansı yardım almır. Həyat yoldaşımdan rəsmi ayrılmış və iki uşağa görə ayda 200 manat aliment ödəyir. Kristal Abşeron MTK tikinti şirkətində şifahi razılaşmışdılar ki, onu işə götürəcəklər. xx.xx.2020-ci il tarixdə sözügedən tikinti şirkəti ilə rəsmi əmək müqaviləsi bağlamağa getmiş, əmək müqaviləsi bağlıyıb geri qayıdarkən Abşeron Rayon Yol Polisinin əməkdaşı mayor X4 ona məxsus VAZ 21074 dövlət nömrə nişanlı avtomobili saxlatmış və barəsində İXM-nin 211.1 -ci maddəsi ilə inzibati qərar qəbul edərək 200 manat cərimə tətbiq etmişdir. O, yol polisinə öz etirazımı bildirmiş, işləmədiyini, himayəsində iki azyaşlı övladı var, işə düzəlməkdən gəlir və iş vəsiqəsində mayor Fariz Həsənova göstərsədə, o cərmə yazmaqda israrlı oldu, o isə qərarı imzalamaqdan imtina etdi. Hesab edir ki, Abşeron Rayon Yol Patrul Xidmətinin qəbul etdiyi inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmədən Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Abşeron Rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron Rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan X3 barəsində tərtib olunmuş Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, karantin rejim qaydalarını pozduğuna görə inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X3 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1087/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1087/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver