Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1088/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 26.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26.05.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 27.04.2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes Benz 817” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı evakutorla Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələbini pozmaqla, yəni manevr qaydalarını pozaraq qoşa xətti tapdalayıb əks hərəkət zolağında hərəkətdə olan X1 idarə etdiyi “Chevrolet Orlando” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət istiqamətinə çıxaraq toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Mərdan Səmədzadəyə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirov tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 27.04.2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes Benz 817” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı evakutorla Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələbini pozmaqla, yəni manevr qaydalarını pozaraq qoşa xətti tapdalayıb əks hərəkət zolağında hərəkətdə olan X1 idarə etdiyi “Chevrolet Orlando” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət istiqamətinə çıxaraq toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Mərdan Səmədzadəyə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilmişdir. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs 27.04.2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes Benz 817” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı evakutorla Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələbini pozmaqla, yəni manevr qaydalarını pozaraq qoşa xətti tapdalayıb əks hərəkət zolağında hərəkətdə olan X1 idarə etdiyi “Chevrolet Orlando” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət istiqamətinə çıxaraq toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Mərdan Səmədzadəyə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1088/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1088/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver