Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1091/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ xx xxxx 2020-ci il Xırdalan şəhəri Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri Fuad Məmmədov, Elçin Hacıxanov, Emin Rəhimov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, _Suraxanı rayonu, Ramana qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon X4 Zaur İsa oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Oba marketdən 10 ədəd 60 manat dəyərində şampun məhsullarını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Oba marketdən 32.4 manat dəyərində kərə yağını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X1 idarə etdiyi Kia Rio markalı, 90GR731 d.q.n avtomobildən 50 anat dəyərində qol saatını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Benzoil YDM=dən 56 manat dəyərində yanacağın pulunu verməmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı evin həyətində olan hindən 90 manat dəyərində ev quşlarını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 oğlunun idarə etdiyi Vaz21074 markalı avtomobildən 10 anat dəyərində benzin talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 idarə etdiyi avtomobildən 70 manat dəyərində olan Samsung markalı telefonu talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X3 idarə etdiyi Daevvo Gentra markalı, 90PN847 d.q.n avtomobildən 100 manat dəyərində 4 ədəd təkər kalpaklarını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 aldadaraq 15 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı evin zirzəmisindən 100 manat dəyərində direl və elektrik naqillərini talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Mercedes markalı, 99DV903 d.q.n avtomobildən 15 manat dəyərində ətir oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin təkərlərinin üzərində olan qapaqları talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Oba Marketdən 130,08 manat dəyərində müxtəlif növ əşyaları talamışdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri Fuad Məmmədov, Elçin Hacıxanov və Emin Rəhimov izahatlarında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməlini etmişdir.Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bildiyini, vərəm xəstəsi olduğunu və oğurladığı əşyaları sataraq əldə etdiyi pulla müalicə olunduğunu bildirdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tutduğu əməldən peşman olmasını və vərəm xəstəsi olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasındanəzərdə tutulanictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə təqsirli bilinsin və ona 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında dərhal azad olunsun. Qərarın icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Haki :Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1091/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1091/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver