Məhkəmə qərarları › İş №3(012)-1091/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1091/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1091/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 13.07.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" MMC 61670.00 ABŞ dolları məbləğində vəsaiti 05.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32189.16 ABŞ dolları məbləğində vəsaiti hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmişdir. Xəta 06.07.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, "xxxx" MMC 61670.00 ABŞ dolları məbləğində vəsaiti 05.07.2019-cu il tarixdə xaricə köçürmüş və həmin köçürməyə əsasən də xarici partnyorlardan almış olduğumuz mal Azərbaycan Respublikasına idxal olunmşdur. Bu halı təsdiq edən Azərbaycan Respublikası DİN Maddi-Texniki Təminat Baş İdarəsinin "xxxx" MMC-nə ünvanlanmış 028-1645-1221 saylı, 08.06.2021-ci il tarixli məktubunu məhkəməyə təqdim edərək izah edirəm ki, şirkətin əməlində inzibati xəta hadisəsi yoxdur, Belə ki, 20.06.2017-ci il tarixdə AR DİN Maddi-Texniki Təminat Baş İdarəsi ilə "xxxx" MMC-arasında bağlanmış 61m saylı, xüsusi icazəli müqavilə üzrə müdafiə təyinatlı xüsusi məmulatların idxalına Nazirlər Kabinetinin TE-531m nömrəli, 16.10.2017-ci il tarixl dərkənarı ilə icazə verilmişdir. Göründüyü kimi bu halda "xxxx" MMCnin əməlində istinad edilən inzibati xəta tərkibi olmadığını bildirərək, "xxxx" MMC haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəninin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə olunan Azərbaycan Respublikası DİN Maddi-Texniki Təminat Baş İdarəsinin "xxxx" MMC-nə ünvanlanmış 028-1645-1221 saylı, 08.06.2021-ci il tarixli məktubunu məhkəməyə təqdim edərək izah edirəm ki, şirkətin əməlində inzibati xəta hadisəsi yoxdur, Belə ki, 20.06.2017ci il tarixdə AR DİN Maddi-Texniki Təminat Baş İdarəsi ilə "xxxx" MMC-arasında bağlanmış 61m saylı, xüsusi icazəli müqavilə üzrə müdafiə təyinatlı xüsusi məmulatların idxalına Nazirlər Kabinetinin TE-531m nömrəli, 16.10.2017-ci il tarixl dərkənarı ilə icazə verilmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasına təqdim edir. Qeyd edilən hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, 20.06.2017-ci il tarixdə AR DİN Maddi-Texniki Təminat Baş İdarəsi ilə "xxxx" MMCarasında bağlanmış 61m saylı, xüsusi icazəli müqavilə üzrə müdafiə təyinatlı xüsusi məmulatların idxalına Nazirlər Kabinetinin TE-531m nömrəli, 16.10.2017-ci il tarixl dərkənarı ilə icazə verilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti üçün idxal etdiyi mallar müdafiə və milli təhlükəsizlik ehtiyatları üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin idxal etdiyi malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd qaydalara əsasən X4 Etdiyi üçün Banka təqdim olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibinin olmaması əsasına görə hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar