Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1094/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin polis kapitanı X1iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə barədə MN ******* saylı protokoldan görünür ki, Həşimov X6 Nazirliyi Respublika Narkoloji Mərkəzində aparılan tibbi müayinə zamanı sidiyində narkotik vasitə olan marixuana və kakos aşkar edilmişdir. Bundan başqa o, MN ******* saylı protokoldan görünür ki o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndi, karantin rejimini pozmuşdur Bundan başqa o, MN ******* saylı protokoldan görünür ki, o, xx.xx.2020-ci il tarixdə, Fatmayı kəndində polisin karantin rejimi qaydalarını pozduğuna dair iradlarına məhəl qoymayaraq kobudluq göstərməklə tabesizlik etmişdir Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206, 211.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Fatmayı kənd ərazisində xidmət aparan zaman ölkədə elan olunmuş karantin rejimi qaydalarını yoxlanması üçün bir nəfər şəxsin küçədə gəzdiyini görüb ona yaxınlaşmışlar. Həmin şəxs polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə o, polisin qanuni tələblərinə məhəl qoymayaraq qaçmışdır. Belə ki, polis əməkdaşları onu tutub Abşeron Rayon Polis X3 Bölməsinə gətirmişlər. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 və 211.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində karantin qaydalarını pozarkən ona xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində aparılan tibbi müayinə zamanı sidiyində narkotik vasitə olan marixuana və kakos aşkar edilmişdir. Ona görə də sonuncu barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə, o, xüsusi karantin rejimi qaydalarını pozaraq, icazə almadan yaşayış yerini tərk etmişdir. O, törətdiyi əməldən peşmandır. Ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206, 211.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, X5 törətmiş olduğu inzibati xətaya görə 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Şəxs əməli narkotik vasitənin təsiri altında yəni sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs narkotik vasitənin təsiri altında yəni sərxoş vəziyyətdə sərtəşdirilmiş xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını, əməlindən peşman olmamasını, məhkəmə zalında özünü kobud aparmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır və hesab edir ki, inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il saat 15:00 dəqiqədən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1094/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1094/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver