Məhkəmə qərarları › İş №3(012)-1096/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1096/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1096/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şəxs, müdafəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivində müvəqqəti yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X4tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİ-nin İTŞnin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs xx.xx.2020-ci ildə, saat 19 radələrində X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı Mercedes-220 markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşından 100 manat dəyərində marka nişanı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsində olan açıq tikilidən 3 ədəd aliminium qazan və uqlaret tikinti alətini talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 məxsus Opel markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini talamaqla nəticədə ona 50 manatlıq ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçsı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 22 (iyirmi iki) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il, saat 21:30 dəqiqədən hesablansın Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar