Məhkəmə qərarları › İş №3(012)-1096/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1096/2021

24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1096/2021 24.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş protokollar üzrə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin Mehdiabad PB-si tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X9 bildirdi ki, Abşeron rayon Polis İdarəsinin X8 polis sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən Şəxs 16.10.2020-ci il tarixdə, saat 02:30 radələrində yaşadığı ünvanın qarşısında küçədə saxladığı Zərərçəkmiş şəxs9 Rahib oğluna məxsus “Mercedes” markalı avtomaşından 1 ədəd dəyəri 30 manat olan yaddaş kartını gizli yolla talamışdır. 26.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 polis sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 27.12.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin həyətindən 1 ədəd qaynaq aparatının oğurlanması nəticəsində 100 manat məbləğində ziyan vurmuşdur. 06.01.2021ci il tarixdə Abşeron rayon Polis idarəsinin X7 təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rəddedilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin Mehdiabad rayon Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 18.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə yerləşən evinin zirzəmisindən 100 manat dəyərində olan elektrik naqilləri gizli olaraq talanmışdır.28 iyun 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X15 trəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 19.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs13 Mirzəməmməd oğluna məxsus Abşeron rayonu, Gənclər Şəhərciyində yerləşən meyvə-tərəvəz mağazasında asılqandan asdığı şalvarın cibindən 100 manat pulu gizli olaraq talamışdır. 29.12.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanmasının rəddedilməsi haqqında qərar qəbul edilmiş Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 polis sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 15.10.2020-ci il tarixdə saat 20:00-dan 16.10.2020-ci il tarixdə, saat 08:30-dək olan müddət ərzində yaşadığı qarşısında küçədə saxladığı Zərərçəkmiş şəxs14 məxsus “Mercedes” markalı avtomaşından ümumi dəyəri 80 manat olan 2 ədəd eynək, 3 ədəd ətir gizli yolla talanmışdır. 26.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 14.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs16 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən müdür vəzifəsində işlədiyi “OBA” marketdən 10 ədəd vinston markalı siqareti gizli yolla talamaqla nəticədə ona 35 manat məbləğində ziyan vurmuşdur. 17.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən 19.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs17 özünü Ramin adlı şəxs kimi təqdim edən X1 adına olan hesab nömrəsinə işə düzəlmək adı ilə 45 manat məbləğindı pul köçürmüş, lakin həmin şəxs verdiyi vədə əməl etməmişdir. 07.01.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa o, Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən 08.06.2021-ci il tarixdən 20.06.2021-ci iltarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin həyətyani sahəsindən 39 manat 40 qəpik dəyərində bir ədəd su sayğacı gizlin olaraq talanmaqla ziyan vurmuşdur. 30.06.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 14.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən müdür vəzifəsində işlədiyi “OBA” marketdən 3 ədəd WEST GOLD markalı kərə yağını gizli yolla talamaqla nəticədə ona 51 manat məbləğində ziyan vurmuşdur. 25.05.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 19.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə yerləşən evin həyətyani sahəsindən 39 manat 40 qəpik dəyərində bir ədəd su sayğacı gizli olaraq talanmışdır. 30.06.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. . Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən evin həyətindən armatur qırıqlarını gizli olaraq talamaqla 80 manat məbləğində ziyan vurmuşdur. 14.06.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, X5 məxsus evin həyətindən **********021 nömrəli mexaniki su sayğacını gizli yolla talamaqla 50 manat məbləğində ziyan vurmuşdur. 25.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 28.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evin qarşısında küçədə saxladığı özünə məxsus “VAZ 2107” markalı, **-LL-*** qeydiyyat nişanlı avtomobilinin salonundan “Pioner” markalı bir ədəd 50 manat dəyərində avtomaqintafon oğurlamaqla ziyan vurmuşdur. 06.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞnin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir.. Bundan başqa X8 polis sahə rəisi X12 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 31.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi Yeni Məhəllədə yerləşən yaşayış olmayan yeni tikili fərdi yaşayış evindən elektrik naqilləri oğurlanmaqla 100 manat ziyan vurmuşdur. 10.06.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Bundan başqa X8 polis sahə rəisi X12 tərəfindən tərtib edilmiş protokola əsasən o, 02.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqdan atası İsa Səfərovun yanında quraşdırdığı bulağın üzərində olan su krantını oğurlamaqla 70 manat ziyan vurmuşdur. 13.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir.. Bundan başqa X8 polis sahə rəisi X13 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, 16.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 taksi kimi idarə etdiyi avtomobilə minərək, 20 manat pulunu ələ keçirmişdir. 26.05.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir.. Bundan başqa Abşeron rayon Polis İdarəsinin X8 sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş MN ******* saylı protokola əsasən o, Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeni tikili evinin həyətindən armaturlarını oğurlamaqla 100 manat ziyan vurmuşdur. 22.05.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında Abşeron rayon RPİ-nin nümayəndəsi Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X9 tərtib edilmiş protokollara uyğun izahat verdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 12.06.2021-ci il tarixdə saat 13:40 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 02 (iki) ay inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 23 iyul 2021-ci il, saat 18:10-dan hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar