Məhkəmə qərarları › İş №3(012)-1097/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1097/2021

24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1097/2021 24.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polis İdarəsinin Xüsusi X9 Xidməti baş inspektoru, polis mayoru X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 5/6, mənzil 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 08 iyul 2021-ci ildə, saat 17:16-da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozaraq, avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 08.07.2021-ci il tarixdə DAEWOO BS090 AVTOBUS markalı, 10 TG620 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polisi əməkdaşı tərəfindən yoxlama nəzarəti qaydasında saxlanılmışdır. İnspektor ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan sərxoş vəziyyətdə olub-olmamasını soruşmuşdur. Yol-patrul xidməti əməkdaşı Şəxs tibbi müayinədən keçməyi təklif etmiş, sonuncu da buna etiraz etməmişdir. Bundan sonra o Yolpatrul xidməti əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Narkoloji dispanserə yaxınlaşıb orada tibbi müayinədən keçmişdir. Barəsində Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib edilmişdir. Aktda qeyd olunanlarla razı olmayaraq marixuana qəbul etmədiyini bildirmişdir. Buna görə də barəsində olan inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xüsusi X9 xidməti baş inspektor, polis mayoru X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 08 iyul 2021-ci ildə, saat 17:16 radələrində, digər polis əməkdaşları ilə birlikdə xidmətdə olarkən DAEWOO BS090 AVTOBUS markalı, 10 TG620 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün şübhəli olduğu üçün saxlanılmışdır. Onlar avtomaşını saxladıqları zaman avtomaşını idarə edən şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istədikdə Şəxs özünü şübhəli apardığına görə avtomobil cərimə meydançasında saxlanılmışdır. Baş X8 İdarəsinin Xüsusi X9 xidməti baş inspektor polis mayoru X4 tərəfindən 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Həmçinin Şəxs 08 iyul 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktında marixuana qəbul etməsini öz sözləri ilə təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçi X5 verdiyi izahatında göstərmişdir ki, Şəxs inzibati xəta törətməmişdir. Buna görə də Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş, 08 iyul 2021-ci il tarixli, 4514 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs 08 iyul 2021-ci il tarixdə, saat 11:05-də müayinə olunarkən onda «sidiyi təhlil etmək üçün yoxlama nəticəsində narkotik vasitəsi olan marixuana faktı aşkarlanmışdır». Həmçinin aktda Şəxs öz sözləri ilə marixuana qəbul etməsi faktını təsdiq etmişdir. İşə əlavə edilmiş, 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 08 iyul 2021-ci ildə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, DAEWOO BS090 AVTOBUS markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını il ərzində təkrarən sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması işdə olan protokol və digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə qanunun bu normalarına tələblərinə rəhbər tutaraq hesab edirik, Şəxs barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 iyul 2021-ci il tarixdən, saat 17:15-dən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar