Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1098/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar vermiş Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Korrupsiyaya son” qəzetinin təsisçisi və baş redaktoru, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 bildirdi ki, Abşeron rayon sakini Şəxs (FİN-xxxxxxx) 22.05.2021-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsi ilə Tovuz rayonu Əyyublu kənd Ailə sağlamlıq mərkəzinin bölmə müdiri vəzifəsində işləyən X2 telefonuna zəng edərək özünü “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edərək, ona “Heydər Əliyevin imzası” döş nişanını tanışı vasitəsilə təqdim etmək və bunun görüntüsünü qeydə almaq istədiyinə, lakin Akif Əyyubov telefonda buna etiraz etdiyinə görə özü Yevlax şəhərində olan ictimai yer hesab edilən çayxanada olarkən digər şəxslərin yanında Akif Əyyubova telefonla zəng edib onu “məhv edəcəyi” sözləri ilə hədələməklə, eyni zamanda onu kobud şəkildə təhqir etməklə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs, X2 izahatları, mütəxəssisin iştirakı ilə “Mobil telefona baxış keçirilməsi haqqında” protokol, Səs yazısına dair Video-görüntüyə baxış keçirilməsi haqqında protokolla təsdiq edilir. X5 izahatında bildirmişdir ki, Əyyublu kənd ailə sağlamlıq mərkəsinin müdiri olan X2 dövlətə və millətə sədaqətli şəxs olması barədə eşitdiyi üçün 22.05.2021-ci il tarixdə Heydər Əliyevin imzası olan döş nişanını alaraq Akif Əyyubova təmənnasız olaraq verilməsi üçün göndərmişdir. X3 razılaşmış, daha sonra döş nişanını istəmədiyini dediyi üçün Yevlax rayonunda çayxanada olduğu zaman zəng edərək ona “sən bu hörmətsizliyi mənə edirsənsə eybi yoxdur, lakin Ulu Öndərin imzasına hörmətsizlik edirsənsə səni məhv edərəm” sözlərini demiş və onu kobud formada təhqir etmiş, həmin vaxt Akif Əyyubova hər hansı zor tətbiq etmək fikri olmamış, onunla danışarkən telefonda əsəbləşmiş və Yevlax rayonunda olan çayxanada olarkən yanında başqa şəxslər də olduğu zaman uca səslə ona “səni məhv edərəm” deyərək onu söymüşdür. Ona görə də barəsində inzibati qaydada tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, etdiyi əməlindən peşmandır. Ona görə də barəsində olan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müdafiə edərək bildirdi ki, Şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində qeyd olunur ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş şəxsi, inzibati xəta haqqında icraat aparılan şəxsi və müdafiəçini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 425, 426, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 05 (beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 26 iyul 2021-ci il, saat 16:30-dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1098/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1098/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver