Məhkəmə qərarları › İş №3(012)-1099/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1099/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1099/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil inzibati tənbeh vermə barədə protokol vermiş icra məmuru Abdullayev Kənan Vladimir oğlunun, tələbkar X7 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ev 12 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Abdullayev Kənan Vladimir oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2019 saylı, 28.02.2019-cu il tarixli və 2(012)-3612/2020 saylı, 20.10.2020-ci il tarixli icra sənədləri üzrə yaranmış 10065 manat məbləğində aliment borcunu tələbkar X10 ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2019 saylı, 28.02.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 07 aprel 2012-ci il tarixdə anadan olmuş X1 hər ay sabit pul məbləğində 160 manat, 17 noyabr 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 80 manat və 60 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulması qət edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-3612/2020 saylı, 20.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən 06 iyun 2019-cu il təvəllüdlü X3 üçün hər ay sabit pul məbləğində 80 manat miqdarında aliment Hacıəliyeva Brilyant Azər qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi vəziyyəti və səhhətində olan problemlərlə bağlı aliment borcunu ödəyə bilmir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs maddi vəziyyətini və İİ qrup əlil olmasını bildirirək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X11 bildirdi ki, hazırda himayəsində dörd övladı var. Cavabdeh Şəxs indiyədək aliment borcundan 23 manat məbləğində pul ödəmişdir. ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 14.08.2020-ci il tarixli və 23.10.2020-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Həmçinin İİ qrup əlillik dərəcəsi var. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi ,və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs 2-ci qrup əlil olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar