Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1099/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, 00700-00089/24 saylı inzibati xəta haqqında tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1800/3-000658/2024 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********9834 sorğu nömrəli və **********9835 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən mallar üzrə cəmi 25608 (iyirmi beş min altı yüz səkkiz) ABŞ dolları xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən hüquqi şəxsin adından bağlanılmış xx.xx.2023-cü il tarixli 011 nömrəli və xx.xx.2022-ci il tarixli 009 nömrəli müqavilələr üzrə aparılan ixrac əməliyyatı ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə külli miqdarda, 25608 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına qaytarılmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “/Merkani-95” LLC şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 009 nömrəli müqaviləyə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********9835 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac edilən malların müqabilində 10108 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına qanunvericilikdə müəyyən edilmiş 180 gün müddət ərzində köpçürülməmişdir. Protokol tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisinin müavini, gömrük xidməti leytenantı Turan Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X1 Sistemində banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixində alınmış məlumata əsasən Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli **********9834 sorğu nömrəli və **********9835 sorğu nömrəli gömrük bəyannaməsi ilə 10108 ABŞ dolları xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına qaytarmamışdır. - xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2023-cü il tarixli **********9834 sorğu nömrəli və **********9835 sorğu nömrəli gömrük bəyannaməsi ilə 10108 ABŞ dolları xarici valyutada pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - Sumqayıt Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında Protokoldan görünür ki, icraatında olan 3-33-1800/012/001355 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 85, 51, 134, 236-cı maddələrinin tələblərinə riayət edərək bu protokolu tərtib edir ondan ötrü ki, Şəxs (VÖEN:**********) tərəfindən alqı-satqı yolu ilə ixrac edilən malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülübköçürülməməsini müəyyən etməkdən ötrü X1 Sistemi – hesabat və təhlillər Forma 3.9.2.1 – alqı-satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiyaresursuna baxış həyata keçirtmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli **********9834 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 15500 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti xx.xx.2024-cü il tarixdə müvəkkil bank hesabına köçürülmüş, qalıq borc məbləği xx.xx.2024-cü il tarixdə bank tərəfindən sistemdən silinmişdir. xx.xx.2023-cü il tarixli **********9835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə 10108 ABŞ dollarından 5000 ABŞ dolları məbləğində vəsait xx.xx.2024-cü il tarixdə müvəkkil bank hesabına köçürülmüş və xx.xx.2024-cü il tarixdə bank tərəfindən sistemdən silinmişdir. **********9835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5108 ABŞ dolları məbləğində vəsait bugünədək müvəkkil bank hesabına köçürülmüşdür. Yəni **********9835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cəmi 10108 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri qanunvericiliklə müəyyən edilmiş 180 gün müddət ərzində müvəkkil bank hesablarına köçürülməmişdir. - xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında işin aidiyyəti göndərilməsi barədə qərardaddan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - Sumqayıt Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovniki Namiq Mərdanov Şəxs MMC-yə ünvanlandığı “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə” dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmələri, həmçinin bu qaydaların pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********9834 sorğu nömrəli və **********9835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 25608 (iyirmi beş min altı yüz səkkiz) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs MMC xx.xx.2023-cü il tarixindən 180 gün ərzində, milli valyuta nisbətində 17183,60 (on yeddi min yüz səksən üç dollar altmış qəpik) AZN təşkil edən 10108 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın- 10108 (on min yüz səkkiz) ABŞ dolları vəsaitin dəyərinin otuz faizi məbləğində, yəni 3032,4 ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1099/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1099/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver