Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-11/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 katibliyi, Şikayət verən X3 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP-3949088 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 07 may 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP-3949088 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X4 bildirdi ki, Abşeron rayon DYP tərəfindən tərtib edilmiş İXZ3537078 nömrəli 17.09.2020-ci il tarixli inziabti xəta protokoluna və 17.09.2020-ci il tarixli TP ******* saylı qərarına əsasən mən AR İXM-nin 327.1. maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Həmin protokol və onun əsasında apalımış inziabti xəta haqqında işinə dair qəbul edilmiş qərarla razı-deyildir. Belə ki, 17.09.2020-ci il tarixdə saat 11-00 radələrində Novxanı-Binəqədi yolunda avtomaşınla hərəkətdə olarkən «QAZ-31» markalı avtomaşın əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edərkən o, toqquşmanın qarşısını almaq üçün avtomaşını dərhal yoldan çıxarmış, bu zaman idarəetməni itirərək maşınını aşırmış, maşın tam olaraq zədələnərək çıradan çıxmış və xoşbəxtlikdən o sağ qalmışdır. Bundan sonra maşından güclə çıxmış və «QAZ-31» markalı avtomaşının hadisə yerindən qaçıb getdiyini bilmişdir. Hadisə yerinə gələn DYP inspektorana hadisəni olduğu kimi danışdıqda həmin qəza şəraitini törətmiş avtomaşının tapılması və məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görmədən yalnız onun barəsində protokol tərtib etmişdir. Həmin protokolla razılaşmadığı üçün Abşeron rayon DYP şöbəsində inzibati xəta haqqında iş açılmış, o iş üzrə izahat verərək hadisəni olduğu kimi danışdıqda inspektor yenə də həmin avtomaşının tapılması və işin obyektiv araşdırılması üçün heç bir tədbir görmədikdə o özü öz əlaqələrindən istifadə edərək həmin avtomaşının sürücüsünü tapmış, inzibati araşdırmaya gəlb etdirdim, onun izahatı alınsada yenə də günahkar sayılmış və bu qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərdə tam aydın olur ki, inzibati xətanı o yox, ”QAZ-31” markalı avtomaşının sürücüsü törətmiş( AR İXM-nin 327.2. maddəsi- əks hərəkət istiqamətinə çıxmaqla manevr), o isə avtomaşınların toqquşmasının qarşısını almaq üçün idarə etdiyi avtomaşını qaçırmış və nəticədə avtomaşını aşmışdır. Belə olan təqdirdə inspektorun tərtib etdiyi protokol və bunun əsasında qəbul edilmiş qərar qanunsuz olmuşdur. O, belə hesab edir ki,bu iş üzrə araşdırma düzgün aparılmamış və İXM-nin tələbləri kobud surətdə pozulmuşdur. O, qeyd olunanları nəzərə alaraq, Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP-3949088 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X2 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan məhkəmənin sorğusu əsasında tələb edilib nəzərdən keçirilən materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki inzibati işin materiallarında olan qərardan görünür ki, X4 barəsində tərtib olunmuş Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP- 3949088 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 17.09.2020-ci il tarixdə saat 11-00 radələrində Novxanı-Binəqədi yolunda avtomaşınla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və manevr etmə qaydalarının pozulmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir.. Yuxarıdakılara əsasən hesab edirəm ki, X4 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 onun barəsində tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP- 3949088 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Abşeron rayon Dövlət Yol Xidmətinin polis mayoru X1 tərtib etdiyi 27.08.2020-ci il tarixli, TP-3949088 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-11/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-11/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver