Məhkəmə qərarları › İş №3(012)-110/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-110/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-110/2023 10.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 yanvar 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X2 Baloutun idarə etdiyi “Howo” markalı 99B31710/99B31810 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş və sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilməsi ilə bağlı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********7130 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların xx.xx.2022ci il tarixdə “İpək Yolu” gömrük postunda yoxlanılması zamanı gömrük orqanına bəyan edilməyən hər bağlamada 170 ədəd olmaqla 146 bağlamada Ermənistan istehsalı olan cəmi 24820 ədəd tikinti materialı kimi istifadə edilən silikon məmulatının bos qabları və hər bağlamada 15 ədəd olmaqla 70 bağlamada Ermənistan istehsalı olan cəmi 1050 ədəd silikon məmulatının qablarının qablaşdırılması üçün nəzərdə tutulmuş bos qutular aşkar edilmişdir. Həmçinin, aparılan araşdırma zamanı Şəxs oqlu tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********7130 sorğu nömrəli gömrük bəyannaməsinin tərtib edildiyi "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınnruşdjr. O, izahatında qeyd etmişdir ki, sırkətin fəaliyyəti broker xidmətlərinin göstərilməsindən, malların gömrük prosedurlarından keçirilməsindən, malların gömrük anbarından çıxarılmasından, bəyannamələrin tərtib edilməsindən ibarətdir, oevd edilən xidmətlər xarici iqtisadi fəaliyyət iştirakçıları ilə bağlanmış müqavilə əsasında həyata keçirilir, Şəxs adına İran İslam Respublikasından 99B31710/99B31810 nömrə nişanlı yük avtomaşınında daxil olmuş yüklərə dair **********7130 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi “Costa Group" MMC tərəfindən tərtib edilmiş, belə ki, tbrəflər arasında bağlanmış xidmət göstərilməsi haqqında müqavilə əsasında şirkətin gömrük işlərini "xxxx" MMC həyata keçirir, xx.xx.2022-ci il tarixdə yükə dair mal-müşayiət sənədləri iAxalatçı Şəxs tərəfindən şirkətin əməkdaşına “Whatsapp” tətbiqi vasitəsi ilə göndərilmiş, elə həmin gün mallara dair **********5804 sorqu nömrəli qısa idxal bəyannaməsi. xx.xx.2022-ci il tarixdə isə **********7130 sorqu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş, **********7130 sorqu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində və qısa idxal bəyannaməsi onlara təqdim edilmiş mal-müşayiət sənədləri əsasında rəsmiləşdirilmiş, təqdim edilmiş invoys sənədində qeyd edilən mallar **********7130 sorqu nömrəli xx.xx.2022-ci il tarixli qömrük bəyannaməsində və **********5804 sorğu nömrəli qısa idxal bəyannaməsində öz əksini tapmış, 99B31710/99B31810 nömrə nişanlı yük avtomaşınında aşkar edilmiş Ermənistan istehsalı olan malların hansı səbəbdən qeyd edilən nəqliyyat vasitəsinə yüklənməsi və Azərbaycan Respublikasına göndərilməsi barədə heç bir məlumatları yoxdur. İnzibati xətanın bilavasitə obyekti olan hər bağlamada 170 ədəd olmaqla 146 bağlamada Ermənistan istehsalı olan cəmi 24820 ədəd tikinti materialı kimi istifadə edilən silikon məmulatının boş qabları və hər bağlamada 15 ədəd olmaqla 70 bağlamada Ermənistan istehsalı olan cəmi 1050 ədəd silikon məmulatının qablarının qablaşdırılması üçün nəzərdə tutulmuş boş qutular yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/0xx-xx/009472 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8787 nömrəli 12.01,2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində rus və erməni dilində yazılar olan boş silikon qabların və karton qutuların satışına və qiymətinə dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır,Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu. Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən hər bağlamada 170 ədəd olmaqla 146 bağlamada Ermənistan istehsalı olan cəmi 24820 ədəd tikinti materialı kimi istifadə edilən silikon məmulatının bos qabları və hər bağlamada 15 ədəd olmaqla 70 bağlamada Ermənistan istehsalı olan cəmi 1050 ədəd silikon məmulatının qablarının qablaşdırılması üçün nəzərdə tutulmuş boş_qutular yükü gömrük orqanına bəyan edilməmişdir.Bununla da hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasına inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs barəsində tərtib olunmuş inzibati protokola baxılmasına və qarar çıxarılmasına etiraz etmədi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın bilavasitə obyekti olan hər bağlamada 170 ədəd olmaqla 146 bağlamada Ermənistan istehsalı olan cəmi 24820 ədəd tikinti materialı kimi istifadə edilən silikon məmulatının boş qabları və hər bağlamada 15 ədəd olmaqla 70 bağlamada Ermənistan istehsalı olan cəmi 1050 ədəd silikon məmulatının qablarının qablaşdırılması üçün nəzərdə tutulmuş boş qutular yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/0xx-xx/009472 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8787 nömrəli 12.01,2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində rus və erməni dilində yazılar olan boş silikon qabların və karton qutuların satışına və qiymətinə dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır, Həmin Məcəllənin 482.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, ekspert rəyində qiymətləndirmə aparılması mümkün olmadığından həmin maddənin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar