Məhkəmə qərarları › İş №3(012)-1100/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1100/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1100/2022 02.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin etibarnamə üzrə nümayəndələri X1, X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X3 və X4 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 276-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus Abşeron rayonu, Bakı-Quba yolunun 16-cı kilometrliyində yerləşən təhlükə potensiallı ağac və taxta məmulatlarının emalı obyektində istismar olunan iki ədəd hava tutumu “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrindən qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin xx.xx.2022-ci il tarixdə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221713407 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 09-11 mart 2022-ci il tarixlərində yoxlama aparılmışdır. Yoxlama zamanı Abşeron rayonu, Bakı-Quba yolunun 16-cı kilometrliyində yerləşən ağac və taxta məmulatlarının emalı obyektində istismar olunan hava tutumu dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 24/101 saylı akt tərtib edilmiş, yoxlamada iştirak etsələr də Şəxs MMC-nin nümayəndələri aktın bir nüsxəsini almaqdan imtina etmişlər. Bununla bağlı Şəxs MMC-yə xəbərdarlıq edilərək, MMC-yə məxsus obyektin Agentlikdə X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi təklif edilmişdir. Sonuncu dəfə Agentlik xx.xx.2022-ci il tarixdə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221751230 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 07-08 iyul 2022-ci il tarixlərində yoxlama aparılmışdır. Yoxlama zamanı Abşeron rayonu, Bakı-Quba yolunun 16-cı kilometrliyində yerləşən ağac və taxta məmulatlarının emalı obyektində istismar olunan hava tutumu dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 24/302 saylı akt tərtib edilmiş, yoxlamada iştirak etsələr də Şəxs MMC-nin nümayəndələri aktın bir nüsxəsini almaqdan imtina etmişlər. Buna görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X14 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasının hüquqi əsası həmin müəssisədə istismarda olan hava tutumunun X2 dövlət reyestrində qeydiyyatdan keçirilməməsidir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221713407 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 09-11 mart 2022-ci il tarixlərində aparılmış yoxlama zamanı aşkar edilmiş nöqsanlar barəsində Şəxs MMC-yə xəbərdarlıq edilərək, MMC-yə məxsus obyektin Agentlikdə X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi təklif edilmişdir. Lakin Şəxs MMC edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Yenidən xx.xx.2022-ci il tarixi KY221751230 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 07-08 iyul 2022-ci il tarixlərində aparılmış yoxlama zamanı Abşeron rayonu, Bakı-Quba yolunun 16-cı kilometrliyində yerləşən ağac və taxta məmulatlarının emalı obyektində istismar olunan hava tutumu dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Şəxs MMC barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyi tərəfindən tərtib edilmiş 07 iyul 2022-ci il tarixli, MN №1099670 saylı İnzibati xəta haqqında protokolda Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt yolunun 16-cı km-də yerləşən ağac və taxta məhsullarının emalı sahəsində 2 (iki) ədəd hava tutumu Dövlət Reyestrindən keçirilməməsi qeyd edilmiş və tərtib edilmiş protokolun qanunvericiliyə uyğun olmadığı üçün protokola imza etmək imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən Şəxs MMC-yə 03 may 2018-ci il tarixdən 03 may 2023-cü il tarixədək “X2 Dövlət Reyestrindən keçirilməsi barədə” 5 il müddətinə A-10109 nömrəli çıxarış verilmişdir. Çıxarışda Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı kmdə yerləşən ağac və taxta məhsullarının emalı sahəsindəki bütün avadanlıqlar da öz əksini tapmışdır. Ona görə də Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X11 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi tərəfindən Şəxs MMC-yə 03 may 2018-ci il tarixdən 03 may 2023-cü il tarixədək “X2 Dövlət Reyestrindən keçirilməsi barədə” 5 il müddətinə A-10109 nömrəli çıxarışın olmasını nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221713407 nömrəli və xx.xx.2022-ci il tarixi KY221751230 nömrəli çıxarışlara əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 09-11 mart 2022-ci il tarixlərində və 07-08 iyul 2022-ci il tarixlərində aparılmış yoxlama zamanı Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən ağac və taxta məhsullarının emalı sahəsindəki istismar olunan iki ədəd hava tutumu avadanlığı Agentlikdə X2 dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir. 24/101 nömrəli, xx.xx.2022-ci il tarixli Yoxlama Aktından müəyyən olunur ki, kimyəvi maddələrin istehsalı sahəsində istismar olunan iki ədəd hava tulumunun istismarına icazə alınmamışdır (“X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası” 6-cı bənd). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-02207 saylı məktubundan görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətə məxsus ağac və taxta məmulatlarının mexaniki emalı sahəsində keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib olunmuş 09 mart 2022-ci il tarixli, 24/101 nömrəli yoxlama aktına əsasən qəbul edilmiş, yoxlama materiallarına baxılmasının nəticələri üzrə Qərarın surəti Sizə təqdim olunur. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra üç iş günü müddətində Agentliyə məlumat verilməlidir. 24/302 nömrəli, xx.xx.2022-ci il tarixli Yoxlama Aktından müəyyən olunur ki, kimyəvi maddələrin istehsalı sahəsində istismar olunan iki ədəd hava tulumunun istismarına icazə alınmamışdır (“X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası” 6-cı bənd). xx.xx.2018-ci il tarixli A-10109 nömrəli çıxarışdan müəyyən olunur ki, Şəxs MMC 03 may 2018-ci il tarixdən 03 may 2023-cü il tarixədək “X2 Dövlət Reyestrindən keçirilməsi barədə” 5 il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin Sumqayıt Regional Müfəttişliyində qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli 12/06 saylı ərizədən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin Sumqayıt Regional Müfəttişliyinə müraciət edərək, müəssissədə yeni istismar etdikləri təhlükə potensiallı obyektləri (Aspirasiya qurğusu) təkrar dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X12 Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli 695 nömrəli Fərmanının 8.11-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2001-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. "X2 dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 8-ci bəndinə uyğun olaraq obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir. İş materiallarında göstərilən qeydiyyat isə regional müfəttişliklərin nəzarət etdikləri obyektlər barədə apardıqları qeydiyyatdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221713407 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 09-11 mart 2022-ci il tarixlərində aparılmış yoxlama zamanı Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən ağac və taxta məhsullarının emalı sahəsindəki istismar olunan iki ədəd hava tutumu avadanlığı Agentlikdə X2 dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmiş, bununla bağlı Agentlik tərəfindən Şəxs MMC-yə xəbərdarlıq edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC xx.xx.2022-ci il, saat 12:40-də Şəxs MMC-də istismar olunan hava tutumu və buxar qazanı X2 dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bu fakt xx.xx.2022-ci il tarixli 1859/24 saylı qərar və xx.xx.2022-ci il tarixli 24/302 saylı yoxlama aktı ilə təsdiq olunur. Bundan başqa Şəxs MMC-in nümayəndələri məhkəmə iclasında Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə X9 və X12 Agentliyi tərəfindən Şəxs MMC-yə 03 may 2018-ci il tarixdən 03 may 2023-cü il tarixədək “X2 Dövlət Reysterindən keçirilməsi barədə” 5 il müddətinə A-10109 nömrəli çıxarışı əsas gətirərək, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmadığını bildirsələr də məhkəmə bununla bağlı qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyinin rəhbərliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 12/06 saylı ərizədə Şəxs MMC müəssisənin istismar etdiyi təhlükə potensiallı obyektləri dövlət reyestrində qeydiyyata alınmasını xahiş edilmiş və həmin ərizədə qeyd olunmuş avadanlıqların siyahısında Aspirasiya qurğusu əks olunmuşdur. Ərizə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X12 Agentliyi tərəfindən qəbul edilib qeydə alınaraq, icrası üçün müvafiq göstəriş verilmişdir. Göründüyü kimi nümayəndələrin istinad etdikləri A-10109 nömrəli çıxarış hazırki iş üzrə qəbul olunmuş inzibati xəta haqqında protokolda əks olunan xətanın predmetinə aid deyildir. Məhkəmə qeyd edir ki, inzibati xətanın predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən ağac və taxta məhsullarının emalı sahəsinin Şəxs MMC-nin istismarında olması faktı, məhz istifadəçi tərəfindən həmin sahədəki iki ədəd hava tutumu avadanlığının Agentlikdə dövlət reyestrindən qeydiyyatdan keçirilməsinin təmin edilməli olduğunu göstərir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 276-1ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar