Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1100/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 qızının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri məhəllə 27, ev 2, mənzil 9-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 02 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(001)-4048/2019 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavandeh Şəxs maddi ziyana görə 21080 manat və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 08 yanvar 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə vaxtında ödənilməmiş 4500 manat pul, həmçinin ödənilməmiş 25 manat məbləğində dövlət rüsumu olaraq cəmi 4525 manat məbləğində pul tutulmasına dair Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8İ-17350 saylı, icra qeydi imzalanmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra qeydi ilə bağlı 28 noyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu icra sənədləri üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarına əsasən 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 05 mart 2025-ci il tarixli qərara əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-4048/2019 saylı, 12 dekabr 2019-cu il tarixli icra sənədi Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8İ-17350 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 01 aprel 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 23935 manat məbləğində ödənilməmiş borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, tələbkara olan borcunu ödəməkdən imtina etmədiyini, lakin himayəsində xəstəlikdən əziyyət çəkən ailə üzvü olduğundan indiyədək ödənişləri edə bilmədiyini, çağırışlara gəlməkdən də elə həmin səbəblərə görə yayındığını bildirdi. Özünün vətən müharibəsi iştirakçısı olduğunu, borcu ödəməməkdə qərəzli olmadığını bildirməklə barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(001)-4048/2019 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavandeh Şəxs maddi ziyana görə 21080 manat və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir;
2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 08 yanvar 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 2021 saylı qərarına əsasən ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır;
4. Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8İ-17350 saylı imzalanmış icra qeydinə əsasən xx.xx.2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə vaxtında ödənilməmiş 4500 manat pul, həmçinin ödənilməmiş 25 manat məbləğində dövlət rüsumu olaraq cəmi 4525 manat məbləğində pul tutulması arasında razılıq bağlanılmışdır.
5. 8İ-17350 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 28 noyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 3(012)-1635/2025 qərarına əsasən borclu Şəxs 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir;
7. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 05 mart 2025-ci il tarixli qərara əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-4048/2019 saylı, 12 dekabr 2019-cu il tarixli icra sənədi Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8İ- 17350 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir;
8. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 01 aprel 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs Vətən müharibəsi iştirakçısı olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilmiş, əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda borcunun olmasını, bundan əvvəl barəsində qəbul edilmiş yüngül inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 02 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 (dörd) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 (qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov