Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1102/2020 27.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva NüşabəƏləddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəlil qızının və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil xx.xx.1959-cu il tarixdə Gürcüstan respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "Dostlar" kafesində aşpaz işləyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs Xəlil qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında xx xxxx 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Xəlil qızı xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsində ucadan səs-küy salaraq X1 və digər sakinlərin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi Rəhim Piriyev bildirdi ki, Şəxs Xəlil qızı xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsində ucadan səs-küy salaraq X1 və digər sakinlərin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsiilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəlil qızı ifadəsində ünvan 1 ünvanında qızıyla yaşayır, qızı ilə aralarında mübahisə yarandığını, qonşuların ünvanına nalayiq ifadələr işlətmədiyini və qonşuların ona şər atdığını bildirdi. Sonda o, təqsirinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəlil qızının müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil ifadəsində hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 11-45 radələrində onunla qonşuluqda yaşayan, daima hərəkətləri və nalayiq ifadədələri, söyüşləri ilə ətrafdakı insanları narahat edən, özünü Gülşən adı ilə tanıdan əslində adı Zanura olan xanım hamının ünvanına küçə söyüşləri söyərək təhqir etdikdə o, küçəyə çıxıb ona irad bildirdikdə daha da qızışaraq hərəkətlərini davam etdirdiyindən polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 11-45 radələrində Şəxs Nadiyə Mustafayevanı söydüyünü eşitmiş, çölə çıxmış, Şəxs irad bildirmiş, o isə məhəl qoymayaraq onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 verdiyi ifadəsində xx.xx.2020-ci il tarixdə saat 11-45 radələrində küçədə gəzdiyi zaman Şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini və belə halların dəfələrlə təkrarlandığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8, X9, X10 və X5 verdikləri ifadələrində X2 ifadəsində olan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Xəlil qızı xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsii lə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəlil qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəlil qızı haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir vəinzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Xəlil qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Xəlil qızı məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinəhəvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1102/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1102/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver