Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1102/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər Şəhərciyi Yaşayış Kompleksi, bina 1, blok 2, mənzil 30 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edərək, müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə bildirmişdir ki, Tovuz rayon məhkəməsinin 2(062)-2165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadk saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit puul məbləğində alimentin tutlması qərara alınmışdır.Qeyd olunan icra işi Tovuz rayon İcra və Probasiya Şöbəsindən 24 may 20204cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış və rəsmi qaydada imzalanmaqla xəbərdarlıq edilmişdir. Borclu icra şöbəsinə dəvət olunmuş, 100 manat məbləğində ödəniş etmişdir. Hazırda 1220 manat məbləğində aliment borcu vardır. Tələbkar borcun birdəfəyə ödənilməsini tələb etmiş, lakin borclu işləmədiyindən borcunu tam olaraq ödəyə bilməmişdir. Bu səbəbdən borclunun barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, alimenti indiyədək hər ay mütəmadi olaraq ödəmişdir. Əvvəllər də gecikmələri olsa da, sonradan daha artıq ödəniş etməklə borcunu bağlamışdır. Lakin bir müddətdir ki, işləmədiyindən məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq qətnamədə qeyd olunandan az olsa da, hər ay ödənişlər etmişdir. Hazırda da 200 manat ödəniş etməyə hazırdır. Tələbkar qəbul etsə ödənişi indi təqdim edə bilər, etməsə isə bank vasitəsi ilə elə bu gün ödəməyə hazırdır. Sonuncu dəfə may ayında 200 manat ödəniş etmişdir. Yaranmış aliment borcunu birdəfəyə ödəməyə imkanı olmasa da vaxt verilərsə qalan borcu aylıq aliment borcu ilə birlikdə hissə-hissə ödəyə bilər. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu aliment öhdəliyini vaxtında ödəmədiyi üçün nəticədə bu günə 1220 manat aliment borcu yaranmışdır. Ona görə də tələb edir ki, aliment borcu tam şəkildə ödənilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz rayon məhkəməsinin 2(062)-2165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadk saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit puul məbləğində alimentin tutlması qərara alınmışdır. Tovuz rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz rayon məhkəməsinin 2(062)- 2165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Tovuz rayon məhkəməsinin 2(062)-2165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Tovuz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin “borclunun axtarılması” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan Şəxs haqqında axtarış elan edilmişdir. Tovuz rayon Məhkəməsinin 3(062)-996/2022 saylı, 05 dekabr 2022-cil tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Tovuz rayon Məhkəməsinin 8(062)-509/2022 saylı, 26 dekabr 2022-cil tarixli qərardadına əsasən Şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)- 1641/2020 saylı və xx.xx.2022-ci il tarixli, 2(062)-2165/2022 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “OPEL ASTRA” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tovuz rayon Məhkəməsinin 8(062)-119/2023 saylı, 01 avust 2023-cil tarixli qərardadına əsasən Şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)- 2165/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1987-ci il təvəllüdlü Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X1 tərəfindən verilmiş ərizəyə əsasən Şəxs aliment borcunu tam şəkildə ödəməsini, əks halda inzibati məsuliyyətə cəlb olunması tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədi, belə ki, iş materiallarında olan sənədlərə və tərəflərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, aliment təyin edilən vaxtdan borclu tərəfindən ödənişlər həyata keçirilsə də, onun sabit iş yeri olmadığı üçün bəzi vaxtlar gecikmələrə və ya alimentin tam ödənilməməsi hallarına yol verilmişdir. Borclu tərəfindən bildirilən hallar onu aliment öhdəliyindən azad etməsə də, onun əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlməyə əsas verir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən vəİ XM-in 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1102/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1102/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver