Məhkəmə qərarları › İş №3(012)-1103/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1103/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1103/2024 13.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş AR vətəndaşı, evli, Abşeron rayonu Masazır bələdiyyəsinin sədri vəzifəsində işləyə, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 549.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN № 1063204) tərtib edilmişdir ki, o, Abşeron rayonu Masazır bələdiyyəsinin 05 saylı və 06 saylı protokollarını inzibati nəzarəti həyata keçirən orqana protokolun qəbul edildiyi tarixdən beş iş gününündən gec göndərmişdir. Məhkəmənin əvvəlki iclasında protool tərtib edən tərəfin nümayəndəsi Məhkəmə iclasının yeri və vaxtı barədə Sumqayıt Regional Ədliyyə İdarəsinə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Sumqayıt Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasında Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Şəxs izahat verərək bildirdi ki, o, Abşeron rayonu Masazır bələdiyyəsi üzvlərinin xx.xx.2024-cü il tarixli, 05 saylı ümumi iclasının protokolunun və xx.xx.2024-cü il tarixli, 06 saylı ümumi iclasının protokolunun surətini qanunla müəyyən edilmiş 05 günlük müddət ərzində Regional İdarəyə göndərməmələrinin səbəbi elektron sistemdə olan texniki nasazlıqdan baş vermişdir. Belə ki, internet zəif olmuş, yüklənmələr , dəfələrlə edilmiş cəhdlər ugursuz olmuşdur.Qeyd ediln protokolları xx.xx.2024-cü il tarixdə elektron sistemlə və adi poçt xidməti ilə inzibati nəzarəti həyata keçirən orqana göndərmişdir. Ona görə də, barəsində inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Abşeron rayonu Masazır bələdiyyəsnin xx.xx.2024-cü il tarixli, 05 saylı iclas protokolunun surətinə əsasən Abşeron rayonu Masazır bələdiyyəsinin 2024-cü ilin büdcə layihəsi təqdim olunmuş formada əsasən qəbul edilməsi, kənd sakinlərinin tanış olmasından ötrü bələdiyyə binasının qarşısında asılması və edilə bilən təkliflər və iradlar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixədək bələdiyyə iclasının təsdiqinə verilməsi qərara alınmışdır. İşdə olan Abşeron rayonu Masazır bələdiyyəsnin xx.xx.2024-cü il tarixli, 06 saylı iclas protokolunun surətinə əsasən Abşeron rayonu Masazır bələdiyyəsinin 2024-cü ilin büdcə layihəsi təqdim olunmuş formada əsasən qəbul edilməsi, kənd sakinlərinin tanış olmasından ötrü bələdiyyə binasının qarşısında asılması və edilə bilən təkliflər və iradlar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixədək bələdiyyə iclasının təsdiqinə verilməsi qərara alınmışdır. İşin araşdırıllan hallarından görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsnin xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı iclasın protokolunun surətini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Vaxtında göndərilməmnin səbəbi kimi elektron sistemdə olan nasazlıq hesab olunur. Ona görə də, hesab edirəm ki, Masazır Bələdiyyəsinin sədri Şəxs hərəkətlərində AR İXM-nin 549.2-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” AR Qanunun 6.1.6-cı maddəsinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların bir surəti həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Abşeron rayonu Masazır Bələdiyyəsinin sədriŞəxs barəsində AR İXM-nin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar