Məhkəmə qərarları › İş №3(012)-1108/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1108/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1108/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxs X1, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1959-cu il tarixdə Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Sumqayıt Apelyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(105)-1699/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs qızından 6000 min manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçı X5 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(001)-4210/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs qızından 4000 min manat və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməlidir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(012)-3229/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs qızından 166.29 manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Bundan başqa Bakı şəhəri 11 saylı Notariat Kontorunin 10272 nömrəli, 08.12.2019-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs qızından 649.96 manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şəxs qızı həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1699/2020 saylı icra vərəqəsi 09.12.2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4210/2019 saylı icra vərəqəsi 12.03.2020-ci il tarixdə, Abşeron Rayon Məhkəməsinin 2(012)-3229/2020 saylı icra vərəqəsi 09.12.2020-ci il tarixdə, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 10272 nömrəli icra vərəqəsi 08.01.2020-cu il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs 10,906 manat 25 qəpik məbləğində borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs qızı verdiyi izahatında göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir, özü xəstədir. İmkan olanda hissə-hissə ödəniş edəcək. Başqa gəlir mənbəyi olmadığı üçün icra vərəqəsində qeyd olunan məbləği ödəyə bilmir. Məhkəmə iclasında X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(001)-4210/2019 saylı icra vərəqəsinə əsasən Şəxs ona 4000 manat borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında X8 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(105)-1699/2020 saylı icra vərəqəsinə əsasən Şəxs ona 6000 manat borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X9 izahatında göstərmişdir ki, Şəxs qızının xəstəliyini və yaşını nəzərə alaraq həbslə bağlı olmayan cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar