Məhkəmə qərarları › İş №3(012)-1109/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1109/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1109/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi, X1, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında 28 iyul 2021-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 iyul 2021-ci il tarixdə gündüz saat 11-12 radələrində Kərimov X3 rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Z.Tağıyev küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 3-cü tağımının əməkdaşları tərəfindən saxlanıldığı zaman polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş MN ******* saylı, 27 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi, polis baş leytenantı X6 bildirdi ki, 27 iyul 2021-ci il tarixdə gündüz saat 11-12 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 3-cü tağımının əməkdaşları təstiq edilmiş iş cədvəlinə uyğun olaraq H.Z.Tağıyev-Sahil yolunda xidmətdə olarkən “Howo” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs onu təyin olunmuş cərimə borcunu iki aydan artıq olan müddətə ödəməməsi səbəbindən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə nəqliyyat vasitəsi mühafizə olunan duracağa sürməsini bildirdikdə bu zaman sürücü nəqliyyat vasitəsinin sahibi ilə mobil telefonla əlaqə saxlayıb onun tapşırığı ilə nəqliyyat vasitəsində süni nasazlıq yaratmış və polis əməkdaşları həmin yerə usta dəvət edərək baş vermiş nasazlığı aradan qaldırmışlar. Daha sonra, nəqliyyat vasitəsində nasazlıq aradan qaldırıldıqdan sonra sürücü nəqliyyat vasitəsini bir km-ə qədər idarə etdikdən sonra nəqliyyat vasitəsinin sahibinin göstərişi ilə onu idarə etməkdən boyun qaçırmış, xəstələndiyini bildirib təcili yardım çağırtdırmış, təcili yardıma özünü müayinə etdirmiş, yenədə polisin qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 27 iyul 2021-ci il tarixdə gündüz saat 11-12 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Z.Tağıyev küçəsində olan zaman idarə etdiyi və daş tozu ilə yüklənmiş “Howo” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları ondan aparılan yükün çəkisinin tərəzi sənədini və özünə aid sənədləri təqdim etməsini bildirdikdə o, sənədlərinin üzərində olmamasını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsində nasazlıq baş vermiş və polis əməkdaşları həmin yerə usta dəvət edərək nəqliyyat vasitəsindəki nasazlığı aradan qaldırmış, aparılan yükün çəkisini müəyyən etmək üçün tərəziyə aparmışlar. Polis əməkdaşları ona nəqliyyat vasitəsini mühafizə olunan duracağa sürməsini tələb etdikdə o, özünü pis hiss etdiyi üçün avtomaşını idarə edə bilməmişdir. Sonda o, polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini əsas gətirərək başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağımının Yol YPXBİ, polis kapitanı X4 izahatında göstərdi ki, 27 iyul 2021-ci il tarixdə gündüz saat 11-12 radələrində təstiq edilmiş iş cədvəlinə uyğun olaraq H.Z.Tağıyev-Sahil yolunda xidmətdə olarkən daş tozu ilə yüklənmiş və üzərində örtük olmayan, ətrafa toz yayan “Howo” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs həm göstərdiyi səbəbdən, həmdə təyin olunmuş cərimə borcunu iki aydan artıq olan müddətə ödəməməsi səbəbindən saxlanılmışdır. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə ondan aparılan yükün çəkisinin tərəzi sənədini və özünə aid sənədləri təqdim etməsini, nəqliyyat vasitəsi mühafizə olunan duracağa sürməsini bildirdikdə o, sənədlərinin üzərində olmamasını bildirmişdir. Bu zaman sürücü nəqliyyat vasitəsinin sahibi ilə mobil telefonla əlaqə saxlayıb onun tapşırığı ilə nəqliyyat vasitəsində süni nasazlıq yaratmış və onlar həmin yerə usta dəvət edərkən o, rulun altındakı naqilin elektrikdən ayrıldığını və hava nasosunun yerindən çıxarıldığını müəyyən edib baş vermiş nasazlığı aradan qaldırmışdır. Daha sonra, nəqliyyat vasitəsində nasazlıq aradan qaldırıldıqdan sonra sürücü nəqliyyat vasitəsini bir km-ə qədər idarə etdikdən sonra nəqliyyat vasitəsinin sahibinin göstərişi ilə onu idarə etməkdən boyun qaçırmış, xəstələndiyini bildirib təcili yardım çağırtdırmış, təcili yardıma özünü müayinə etdirmişdir. Nəqliyyat vasitəsində aparılan daş tozunun çəkisini müəyyən etmək üçün tərəziyə aparılmış, orada həmin yükün normadan artıq 47 ton 80 kq olduğu müəyyən edilmişdir. Sürücü Şəxs təkrar nəqliyyat vasitəsini idarə etməkdən boyun qaçırmış, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, müqavimət göstərmiş, onlar sürücünü nizamintizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə saat 22-00-a kimi davam etdirməklə polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra, ərazidə xidmət aparan avtopatrul dəvət etməklə onların vasitəsi ilə Şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağımının Yol YPXİ, polis baş serjantı X5 da X4 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirib Şəxs barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş DİN Web Portalından çıxarışdan görünür ki, “Howo” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş BST TTYS-nin 17 saylı bölməsinin həkimi Ə. Əliyevin tərtib etdiyi 27 iyul 2021-ci il tarixli, 5653 saylı işdən və dərsdən azad etməyən xəbərdarlıq vərəqəsindən görünür ki, 27 iyul 2021-ci il tarixdə saat 14:36-da 1974-cü il təvəllüdlü, a/t 180/100, nəbzi 80 olan Şəxs tibbi yardım göstərildi. Beləliklə məhkəmə zamanı müəyyən edildi ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPXAnın 3-cü tağımının əməkdaşları 27 iyul 2021-ci il tarixdə gündüz saat 11-12 radələrində təstiq edilmiş iş cədvəlinə uyğun olaraq H.Z.Tağıyev-Sahil yolunda xidmətdə olarkən daş tozu ilə yüklənmiş və üzərində örtük olmayan, ətrafa toz yayan “Howo” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs həm yuxarıda göstərilən səbəbdən, həmdə təyin olunmuş cərimə borcunu iki aydan artıq olan müddətə ödəməməsi səbəbindən saxlamış, onlar Şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə ondan aparılan yükün çəkisinin tərəzi sənədini və özünə aid sənədləri təqdim etməsini, nəqliyyat vasitəsi mühafizə olunan duracağa sürməsini bildirdikdə o, sənədlərinin üzərində olmamasını göstərmişdir. Bu zaman sürücü nəqliyyat vasitəsinin sahibi ilə mobil telefonla əlaqə saxladıqdan sonra nəqliyyat vasitəsində süni nasazlıq yaratmış və YPXA-nın 3-cü tağımının əməkdaşları həmin yerə usta dəvət edərək nəqliyyat vasitəsində baş vermiş nasazlığı aradan qaldırılmış, nəqliyyat vasitəsində nasazlıq aradan qaldırıldıqdan sonra sürücü nəqliyyat vasitəsini az məsafədə idarə edib saxlayaraq onu idarə etməkdən boyun qaçırmış, xəstələndiyini bildirib təcili yardım çağırtdırmış, təcili yardıma özünü müayinə etdirdikdən sonra nəqliyyat vasitəsində aparılan daş tozunun çəkisini müəyyən etmək üçün nəqliyyat vasitəsi tərəziyə aparılmış, orada həmin yükün normadan artıq 47 ton 80 kq olduğu müəyyən edildikdən sonra sürücü Şəxs təkrar nəqliyyat vasitəsini idarə etməkdən boyun qaçırmış, YPXA-nın 3-cü tağımının əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə saat 22-00-a kimi davam etdirməklə polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra, ərazidə xidmət aparan avtopatrul dəvət edilməklə onların vasitəsi ilə Kərimov X3 Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs onu saxlayan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidlərin məhkəmədə verdiyi izahatlar və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 27 iyul 2021-ci il, saat 22:50-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar