Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-111/2020 17.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Mehdiabad PB-nin polis sahə rəisi, polis leytenantı X24 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon, Mehdiabad PB-nin polis sahə rəisi, polis leytenantı X24 oğlu bildirdi ki, Şəxs fərdi yaşayış evinin dəmir oğlu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdə saat 14.00 radələrində Mehdiabad qəsəbəsində Sadiq Allahverdiyeva məxsus tikintisi başa çatmayan fərdi yaşayış evinin qapısının dəmir qıfılını sındırma yolu ilə daxil olaraq oradan hər biri 25 manat dəyərində olan iki ədəd çılçıraq və 50 manat dəyərində bir ədəd dərmanların saxlanılması üçün içi boş olan çantanı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur.xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis baş leytenantı X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən həyətyanı sahəsindən bir ədəd 80 manat dəyərində su nasosu və 20 manat dəyərində 10 metr uzunluğunda elektrik naqilini talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X23 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019 -cu il tarixdə səhər saat 06 radələrində Zərərçəkmiş şəxs3 Füzuli oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin həyətindən ona məxsus olan istifadə olunmayan dəmir darvazının bir layını gizlin olaraq talamaqla nəticədə ona 60 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapiranı X20 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək olan müddət ərzində X2 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsindən 100 manat dəyərində metal borunu gizlin talamaqla ümumilikdə ona 100 manat ziyan vurmuşdur. 06.1.2019cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin Təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 aldadaraq 30 manat pulunu ələ keçirərək nəticədə ona 30 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı,polis kapitanı X34 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, X4 Abşeron rayonu, Məmmədli kəndində yerləşən ona məxsus boş torpaq sahəsindən 30 manat dəyərində 30 metr armatur və 60 manat dəyərində bir ədə köhnə qapını talamaqla, ona 90 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə X6 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən evdən 90 manat dəyərində qızıl üzük talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdə saat 16.00 radəlrinədək olan müddət ərzində Zülfinaz İsmayılovaya məxsus fərdi yaşayış evinə pəncərəni açma yolu ilə daxil olaraq oradan 40 manat dəyərində bir ədəd su qızdırıcı, 20 manat dəyərində yun, 30 manat dəyərində bir ədəd tozsoranı talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə ***-***-**-** nömrəli mobil telefondan X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edən, əvvəllər tanımadığı , özünü “xxxxxxxx” MMC –nin əməkdaşı kimi təqdim edən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinin uduşa düşdüyünü, 600 manat məbləğində pulu qazana bilməsi üçün bankda hesab açılmasını bildirərək ondan 10 manat dəyərində xxxxxxxx danışıq kartının şifrəsini almış və nəticədə ona 10 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X28 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində X3 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsindən bir ədəd su çənini talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı ,polis kapitanı X20 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdə saat 20.00 radələrindək olan müddət ərzində Abşeron rayonu, Məmmədli kəndində Aqil Əhmədova məxsus evin plastik pəncərəsini açma yolu ilə içəri daxil olaraq oradan 50 manat dəyərində bir ədəd aspirator(havaçəkən) və 40 manat dəyərində ət çəkən talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı , polis baş leytenantı X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, X12 məsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış sahəsindən xx.xx.2019-cu il tarixdən xx.xx.2015-cu il tarixədək olan müddət ərzində 95 ( doxsan beş) manat dəyərində 5 ədəd xoruz və 9 ədəd toyuğu talamaqla nəticədə ona 95 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində X16 məxsus olan Abşeron rayonu,Mehdiabad qəsəbəsində yerləşən yeni inşa etdirdiyi evin bayır tərəfinə yığılmış dəmir armatur və şifer kəsintilərini talamaqla nəticədə ona 85 manat dəyərində ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixədən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində X8 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ,yeni məhəllədə yerləşən tikintisi başa çatmamış fərdi yaşayış evindən 90 manat dəyərində 200 metr uzunluğunda 4mm-lik elektrik naqilini gizli talayaraq nəticədə ona 90 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı , polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində X13 icarəsi əsasında işlətdiyi Abşeron rayonu,Mehdiabad qəsəbəsi,Gənclər şəhərciyində yerləşən “Təndir” kafesində Məmmədov Möhübbət Oruc oğluna məxsus olan evin içərisindən 80 manat pul olan pul qabı talamaqla nəticədə ona ona 80 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Bundan başqa o, xx.xx.2019- cu il tarixdə X1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən evin hasarının çöl hissəsinə quraşdırılmış elektrik sayğacının nizamlayıcısını talamaqla nəticədə ona 2 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X23 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdə saat 17.00 radələrindək olan müddət ərzində Abşeron rayonu,Məmmədli kəndində Tayfur Abdullayeva məxsus fərdi yaşayış evinin pəncərəsini açma yolu ilə içəri daxil olaraq bir ədəd “LG” markalı 52 dioqanallı 90 manat dəyərində televizoru talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Məhkəmə iclasında dindirilmiş Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1(bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-111/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-111/2020
17.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver