Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-111/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi Qobu Polis bölməsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis idarəsinin X2 daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi Qobu Polis bölməsinin sahə rəisi, polis mayoru Asif Məmmədov protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsi Qobu Polis bölməsinin sahə rəisi, polis mayoru Asif Məmmədov bildirdi ki, Şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Cavid Ağayev saxlanılmış, idarədə üzərinə baxış keçirilmiş, qeyri-qanuni heç bir əşya aşkar edilməmişdir. bundan sonra tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 01 dekabr 2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsi Qobu Polis bölməsinin Şəxs hərəkətlərində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi, eləcə də vət. Şəxs istifadə etdiyi narkotik vasitələri haradan, nə zaman və hansı üsullarla əldə etməsi barədə məlumatların əldə edilməsini təmin etmək məqsədilə tədbirlərin davam etdirilməsi üçün qərarın surətləri aidiyyəti üzrə göndərilməsi, həmçinin Şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,059 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qablaşdırılmış vəziyvətdə aidiyyəti üzrə Abşeron RPİ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan qərardan görünür ki, Şəxs 13.01.2022-ci il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Şəxs üzərində aşkar edilərək götürülmüş, narkotik vasitə olan heroinə bənzər kütlənin narkotik vasitə olub-olmamasını, müsbət halda hansı növ narkotiklərə aid olmasını və çəkisini müəyyən etmək məqsədilə qəbul edilmiş 16.03.2021-ci il tarixli qərarla Məhkəmə-Kimyəvi Ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 17.03.2021-ci il tarixli, 6/1079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində «Təqdim etdi: (imza) Ə.N...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.059 (qalıq 0,039 ) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 yanvar 2022-ci il, saat 20:00 dəqiqədən hesablansın. İş üzrə maddi sübut 0,039 qram heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) Şəxs alınıb dövlət büdcəsinə kod 210005, müxbir hesabı AZ41NABX01360100 00 00 0000 3944, hesab AZ34CTRE ********************) keçirilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-111/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-111/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver