Məhkəmə qərarları › İş №3(012)-1110/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1110/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1110/2021 29.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan (***-***-**-**), (***-***-**-**) Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Zərərçəkmiş şəxs 06 iyul 2021-ci il tarixdə qeyri-rəsmi yaşadığı Şəxs borcunu alması üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsinə gəlmiş, orada sonuncudan ona olan borcunu istəmiş, lakin pulunu vermədiyi üşün onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onu döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 5 ildir ki, qeyri-rəsmi qaydada yaxın münasibətdə olmuşdur. Onun Zərərçəkmiş şəxs 178 manat borcu olmuş və tezliklə borcunu qaytaracağına dair Zərərçəkmiş şəxs söz vermişdir. Bir həftə əvvəl Zərərçəkmiş şəxs başqa bir oğlanla münasibətinin olduğunu bildiyi üçün ondan ayrılmışdır. 06 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində bərbərdə olarkən atası Məhəmməd ona zəng edərək işlədiyi kafeyə gəlməsini demişdir. O, kafeyə gəldikdə Zərərçəkmiş şəxs orada görmüş, Günel ona 500 manat borcunu verməsini tələb etmişdir. Onun Günelə cəmi 178 manat borcu olmuş, tezliklə həmin borcu qaytaracağına söz vermiş, lakin Zərərçəkmiş şəxs onunla razılaşmayaraq atası Məhəmədi təhqir edərək DİN-nin “102” xidməti zəng mərkəzinə zəng vuracağını demişdir. O, Günelin hərəkətlərinə əsabləşdiyi üçün atası Məhəmməd ona oradan uzaqlaşıb getməyini bildirdiyi üçün oradan çıxıb getmişdir. Sonda o, Zərərçəkmiş şəxs döymədiyini və ona heç bir xəsarət yetirmədiyini əsas gətirərək başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə beş il olar ki, qeyri-rəsmi qaydada yaxın münasibətdə olmuşdur. Təxminən 4-5 gün əvvəl Şəxs ondan borca 20 manat pul istəmiş, onun nəğd pulu olmadığı üçün Nərimanov rayonunda yaşadığı evdə özünə məxsus olan hesab kartını ona vermişdir. Şəxs onun kartından 200 manat pul çıxarmışdır. Şəxs əvvəl də ondan 300 manat borc pul almış və ümumilikdə ona 500 manat borcu olmuşdur. O, İsmayıldan borcunu istəmək üçün dəfələrlə telefonuna zəng etmiş, lakin onun zənglərinə cavab verməmişdir. 06 iyul 2021ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Şəxs yaşadığı evə getmiş və evdə olmadığı üçün yaxınlıqda yerləşən kafedə kababçı işləyən atası Məhəmmədin yanına getmişdir. Orada İsmayılın atası Məhəmmədə borcunu verməsini tələb etmiş, sonra Məhəmməd oğlu İsmayıla zəng vuraraq kafeyə dəvət etmişdir. İsmayıl oraya gəlib kafenin önündə onun ünvanına nalayiq ifadələr işlətmiş və borcunu verməyəcəyini deyərək saçından tutub başına yumruqla, sonra isə sağ-sol böyründən təpiklə vurmuşdur. Sonda o, Şəxs barəsində qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 16 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 14 iyul 2021-ci il tarixli, 1467 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazu nahiyyəsinin orta 1/3-nin, sol said nahiyyəsinin orta 1/3-nin sıyrıqları, döş qəfəsinin sağ yarısının, sol bazu nahiyyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06 iyul 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar