Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1110/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, H.Tağıyev 115 ünvanda yaşayan Şəxs (***- ***-**-**) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsi ilə özünün deməsinə görə saatda 20 km sürətlə Əliağa Vahid küçəsinə doğru hərəkətdə olan zaman məhəllə arası yoldan çıxan X4 idarə etdiyi velosipedlə onun avtomobilinin qarşısına çıxmış və o, idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə Murad Əsədovu vurmuşdur. X1 sağ budun əzilmiş-cırılmış yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarəti almışdır. Göründüyü kimi təsvir edilən şəraitdə Şəxs əməlində cinayət tərkibi müəyyən olunmasa da o, manevretmə qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinin tələblərini pozmuş və bununla da məlum qəzanın baş verməsinə, X1nun yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bu da Şəxs hərəkətlərində eyni Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olmasını qəbul etmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-BU-*** d.q.n avtomobillə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi ilə saatda 20 km sürətlə Əliağa Vahid küçəsinə doğru hərəkətdə olan zaman qəfildən ara yoldan çıxan azyaşlı idarə etdiyi velosipedlə onun avtomobilinin ön hissəsinə çırpılmışdır. O isə dərhal hərəkətini dayandırıb maşından düşərək həmin azyaşlını öz avtomobilinə mindirmiş və onu xəstəxanaya aparmışdır. Orada ona həmin azyaşlının X4 olduğu və sağ ayağından xəsarət aldığı məlum olmuşdur. Əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1053 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sağ budun əzilmiş-cırılmış yarası bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2/11165 nömrəli protokolundan görünür ki, Şəxs müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1110/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1110/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver