Məhkəmə qərarları › İş №3(012)-1111/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1111/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1111/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 iyun 2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 08 may 2022-ci il tarixdə saat 17:15 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır dairəsindən Bakə şəhəri istiqamətinə hərəkətdə olan zaman işıqforun qırmızı işığından keçərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən dairə istiqamətinə doğru hərəkətdə olan və işıqforun yaşıl işığında hərəkətini davam etdirən, X1 idarə etdiyi “Toyota Prius” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və toqquşmanın baş verməsinə, nəticədə isə öz avtomobilində sərnişin qismində əyləşmiş X2 və X3 yüngül dərəcəli, digər avtomobildə sərnişin olan X4 isə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına səbəb olmuşdur. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 08 may 2022-ci il tarixdə saat 17:15 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır dairəsindən Bakə şəhəri istiqamətinə hərəkətdə olan zaman işıqforun qırmızı işığından keçərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən dairə istiqamətinə doğru hərəkətdə olan və işıqforun yaşıl işığında hərəkətini davam etdirən, X1 idarə etdiyi “Toyota Prius” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və toqquşmanın baş verməsinə, nəticədə isə öz avtomobilində sərnişin qismində əyləşmiş X2 və X3 yüngül dərəcəli, digər avtomobildə sərnişin olan X4 isə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXMnin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 08 may 2022-ci il tarixdə saat 17:15 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır dairəsindən Bakə şəhəri istiqamətinə hərəkətdə olan zaman işıqforun qırmızı işığından keçərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən dairə istiqamətinə doğru hərəkətdə olan və işıqforun yaşıl işığında hərəkətini davam etdirən, X1 idarə etdiyi “Toyota Prius” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və toqquşmanın baş verməsinə, nəticədə isə öz avtomobilində sərnişin qismində əyləşmiş X2 və X3 yüngül dərəcəli, digər avtomobildə sərnişin olan X4 isə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar