Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1112/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq iclasına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 iyul 2022-ci il tarixdə, X1 barəsində tərtib edilmiş protokolla bağlı şikayətə baxılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə protokol xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin tarixdə də tərtib olunmuşdur. İş materiallarından göründüyü kimi, X1 barəsində qəbul edilmiş protokol xx.xx.2022ci il tarixdə tərtib olunmasına baxmayaraq, qərarı nə vaxt aldığına dair sənədi şikayətinə əlavə etməmiş, həm də ərizəsində barəsində şikayət verilən şəxsə aid məlumatları göstərməmiş, şikayət düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət düzgün tərtib olunmamış, barəsində şikayət verilən qərarı nə vaxt almasına dair sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilmədiyindən, ümumiyyətlə şikayət ərizəsi düzgün tərtib olunmadığı, barəsində şikayət verilən qərarı nə vaxt almasına dair sənəd və ya müddətin bərpa olunmasına dair vəsatət iş materiallarına əlavə olunmadığından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən xx.xx.2022-ci il tarixli qərarla bağlı şikayətə baxılması barədə verilmiş ərizə geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1112/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1112/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver