Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1112/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonunun Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şamaxı rayonu, Şaqiyan Ərazi Dairəsi, Şirvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(010)-4364/2024 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı X3 xeyrinə xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 18 noyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmiş, müxtəlif tarixlərdə şöbəyə çağrılaraq, izahatı alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(010)-4364/2024 saylı icra sənədi ərazi aidiyyəti üzrə 16 dekabr 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədində olan öhdəlik yerinə yetirmədiyindən Abşeron rayon Məhkəməsinin 8(012)-39/2025 saykl qərardadına əsasən borclunun ölkədən getmə hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 3(012)-489/2025 saylı qərarına əsasən ona 500 (beş) yüz manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 1880 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, indiyədək ödəniş etməməsinin səbəbini maddi imkansızlıqla əlaqələndirir. Bildirir ki, onun icra sənədi üzrə ödəniş etməməsi qərəzli deyil. Belə ki, o, məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, nəzarət olunması üçün ayağına taxılan elektron qolbaq ona məhdudiyyətlər yaratdığından iş tapmasında çətinliklər yaranmışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. X5 heç yerdə işləmədiyini, uşağa baxmaqda maddi çətinliklərinin olmasını, uzun müddət keçməsinə baxmayaraq bir dəfə də olsun onlarla maraqlanmamasını, laqeydlik göstərməsini bildirərək borclu barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(010)- 4364/2024 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı X3 xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir;
2. Aidiyyəti üzrə göndərilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(010)-4364/2024 saylı icra vərəqəsi 18 noyabr 2024-cü il tarixdə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilmişdir;
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(010)- 4364/2024 saylı icra sənədi ərazi aidiyyəti üzrə 16 dekabr 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir;
4. Abşeron rayon Məhkəməsinin 8(012)-39/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmə hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır;
5. Abşeron rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 3(012)-489/2025 saylı qərarına əsasən Şəxs barəsində tərtib edilmiş protokol üzrə ona 500 (beş) yüz manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs qızı icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda borcunun olmasını, bundan əvvəl barəsində qəbul edilmiş yüngül inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov