Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1114/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublasının vətəndaşı, evli, Sumqayıt şəhəri,10-cu mkr, ev 27, mənzil 5-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 02.01.2021-ci il tarixdə, saat 17.30 radələrində Saray qəsəbəsi, S.Qazıyeva küçəsində manevr etmə qaydasını pozaraq Ə.Vahid küçəsinin girişində olan elektrik dirəyinə dəymiş, avtomobildə olan X4 və Mirzəliyeva Yeganə Hümbətalı qızı yüngül zərər vurmaya aid xəsarət almışlar. Şəxs barəsində Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 02.01.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə protokol tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Material üzrə təyin edilmiş məhkəmə - tibbi ekspertizasının 09.01.2021 - ci il tarixdə verilmiş 42 nömrəli rəyindən görünür ki , 1990-cı il təvəllüdlü X2 müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın alın-təpə nahiyəsinin sağ yarısının geniş ölçüsü dərialtı hematomasi : sağ kürək , sağ dirsək oynağı nahiyələrinin qançırları , sağ diz oynağı nahiyəsinin ön iç bayır səthlərinin əhatə edən və həmin oynaqda hərəkət məhdudluğu ilə nəticələnən böyük ölçülü qançır - şişkinliyi bərk küt əşya ( əşyalar ) təsirindən törənmişdir . Qərarda göstərilən müddətdə və şəraitdə yəni 02.01.2021 - ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi . Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş məhkəmə - tibbi ekspertizasının 02.02.2021 - ci il tarixdə verilmiş 06 ə nömrəli rəyindən görünür ki , 1978-ci il təvəllüdlü X6 qizinin məhkəmə - tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə - beyin travması , baş - beyin silkələnməsi , sol aşıq - baldır oynağının əzilməsi – bərk küt əşya ( eşyalar ) təsirindən törənmişdir . Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 02.01.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi . Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabab olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir . Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdərəsinin polis mayoru X8 oğlunun 02 yanvar 2021-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1114/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1114/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver