Məhkəmə qərarları › İş №3(012)-1115/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1115/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1115/2021 12.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs iştirakı ilə xx xxxxxx 2000-ci ildə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonu, Sündü kəndi- ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09.07. 2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 iyun 2021-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz C180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsində qarşısıında sola dönmə işığı yandırıb sola “Priora” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq 1983-cü il təvəllüdlü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inzibati xəta üzrə özünü təqsirli bilir. O, 05 iyun 2021-ci il tarixdə, saat 21- 30 radələrində idarə etdiyi “Mercedes Benz C180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Qarant» yaşayış kompleksindən Q.Qarayev küçəsi ilə Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda təxminən 90 km sürətlə hərəktdə olan zaman onun qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan “Priora” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomabil sola dönmə işığını yandıraraq İ.Qayıbov küçəsinə dönmə əməliyyatına başlamış, həmin vaxt o, bir qədər sürətlə hərəkətdə olduğundan, eləcə də kifayət qədər ara məsafəsi saxlamadığından qarşısındakı həmin avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə hər iki avtomobil əzilmiş, onunla “Priora” markalı avtomaşının sürücüsü xəsarət almışlar. Hadisədən əvvəl avtomobilində sərnişin, yük və ya hər hansı bir texniki nasazlıq olmamışdır.Baş vermiş hadisədən çox peşimandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında 09.07. 2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Şəxs 05 iyun 2021-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz C180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsində qarşısıında sola dönmə işığı yandırıb sola “Priora” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq 1983-cü il təvəllüdlü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vət.X5 05 iyun 2021-ci il tarixdə DİN-nin «102» xidməti-zəng mərkəzinə müraciət edərək, Mehdiabad qəsəbəsi, «Qarant» yaşayış kompleksinin yaxınlığında “Priora” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin dərəyə aşması və xəsarət alanların olması barədə məlumat vermiş, eyni zamanda 05 iyun 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı X2 PB-nə Abşeron rayonu, Mehdiabad-Novxanı yolunda iki avtomaşının toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Şəxs və 1983-cü il təvəllüdlü X3 «kəllə-beyin travması» xəsarətləri alaraq xəstəxanaya müraciət etmələri barədə məlumat daxıl olmuşdur. Şəxs hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin yaranması istisna olunsa da o, ara məsafəsi saxlama qaydalarının tələbini pozmuşdur, Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 05 iyun 2021-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz C180” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsində qarşısıında sola dönmə işığı yandırıb sola “Priora” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq 1983-cü il təvəllüdlü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti yetirilməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, ara məsafəsi saxlama qaydalarının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Qobustan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar