Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1116/2020 28.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, NuruyevaNüşabəƏləddinqızınınkatibliyiilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, po mayoru X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şamaxı rayonu, Mirikənd kəndində anad olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fə əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Mirikənd kəndin qeydiyyatda olan və Abşeron rayonu, Atyalı yaşayış massivin yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Ray Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə s 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Səmayə" şadlıq evinin qarşısında ictim nəqliyyat vasitəsi hesab olunan avtobusda fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozma bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsiində nəzərdə tutulmuş inzibati xət törətməsi göstərilmişdir. İnzibati xəta protokolunu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Abşe rayonu, Xırdalan şəhərində yerləşən "Səmayə" şadlıq evinin qarşısında ictimai nəqliyyat vasitəsi hes olunan avtobusda fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozmuşdur. Buna görə də Şə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Səmayə" şadlıq evinin qarşısında ictimai nəqliyyat vasit hesab olunan avtobusda fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi üçün polis əməkdaşları onu Abşe RPİ-yə dəvət edərək barəsində inzibati protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəməd ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlid Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictim münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs sanitariya-gigiyena və karantin rejimləri dövründə fə qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələb pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyek baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şə Azərbaycan Respublikasının İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsin təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati x törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqs daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənb ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsa olmalıdır. Azərbaycan RespublikasınınİXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsin inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsiri dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbe məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, h də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək, 100 manat (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənb tətbiq edilsin. Qərarın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Ray Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1116/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1116/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver