Məhkəmə qərarları › İş №3(012)-1116/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1116/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1116/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09.07.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 02.06.2021-ci il tarixdə saat 10 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Volsvagen Jetta” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi istiqamətindən Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə doğru hərəkətlərini davam etdirərkən yolu soldan sağa keçən piyada X1 vuraraq sonuncuya qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sağ baldır nahiyyəsinin orta 1/3nin əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında 09.07.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 02.06.2021-ci il tarixdə saat 10 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Volsvagen Jetta” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi istiqamətindən Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə doğru hərəkətlərini davam etdirərkən yolu soldan sağa keçən piyada X1 vuraraq sonuncuya qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sağ baldır nahiyyəsinin orta 1/3nin əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 12 iyun 2021-ci il tarixli tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 02.06.2021-ci il tarixdə saat 10 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Volsvagen Jetta” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi istiqamətindən Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə doğru hərəkətlərini davam etdirərkən yolu soldan sağa keçən piyada X1 vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sağ baldır nahiyyəsinin orta 1/3-nin əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 02.06.2021-ci il tarixdə saat 10 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Volsvagen Jetta” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi istiqamətindən Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə doğru hərəkətlərini davam etdirərkən yolu soldan sağa keçən piyada X1 vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sağ baldır nahiyyəsinin orta 1/3-nin əzilmişcırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar