Məhkəmə qərarları › İş №3(012)-1116/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1116/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1116/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş İXMnin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 iyul 2023-cü il tarixdə saat 11-30 radələrində Novxanıya gedən yolda “Palitra” mağazasının yanında idarə etdiyi Fiat markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Hyundai markalı ** TH *** ddövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində bir nəfər xəsarət almışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP YNH baş inspektoru polis mayoru X4 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində o etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Hovvo" markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə ehtiyatsızlıq edərək qarşısında hərəkətdə olan "Hyundai Elantra" markalı, 99-TH- 512 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuş, zərbənin təsirindən Hyundai Elantra markalı avtomobilin sürücüsü idarəetməni itirib avtomobilin qabaq tərəfi solda yerləşən dəmir hasarlara dəymiş və daha sonra öz yolu ilə hərəkətdə olan Fiat markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir.Həmin hadisə zamanı o bədən xəsarəti almamışdır, hadisədən əvvəld spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hadisə zamanı Hyundai Elantra markalı avtomobildə olan sərnişinlər xəsarət alaraq təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılmışlar. İzahatının sonunda isə barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 23 iyul 2023cü il tarixdə saat 11-30 radələrində Novxanıya gedən yolda Palitra mağazasının yanında idarə etdiyi Fiat markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Hyundai markalı ** TH *** ddövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. X2 əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 xx.xx.2023-cü il tarixdə verilmiş 1537 nömrəli rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət döş qəfəsinin qançırı, sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı və sol baldır nahiyəsinin qançır-şişkinliyi bərk küt aşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilməsi mümkündür va dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 1537 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1943-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 Əliağa qızının bədən səthində aşkar edilmiş xəsarət- sağ gözaltı-almacıq, sol bazu nahiyələrinin qançırları, sol diz oynağı nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər - vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizanın 1536 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1938-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət-sol diz dirsək sümüyünün sınığı, təpə nahiyəsinin səthi əzilmiş yaraları, ağız boşluğunun üst damaq nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə ümümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 23 iyul 2023-cü il tarixdə saat 11-30 radələrində Novxanıya gedən yolda Palitra mağazasının yanında idarə etdiyi Fiat markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Hyundai markalı ** TH *** ddövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində bir nəfərin xəsarət alması nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar