Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1119/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X4 katibliyi, Şikayət verən X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru polis kiçik serjantı X3 xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə xx xxxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək oğlunun Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru polis kiçik serjantı X3 xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvedilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X2 bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-tı, Abşeron RPİ-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşayır. Himayəsində xəstə anası və öz ailəsi var. Evinin bütün təminatını o, ödəyir. İşləməsə heç bir yerdən gəliri yoxdur. Belə ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Vaxtı -vaxtında vergi ödəyir və tam qanuni şəkildə fəaliyyət göstərir. 13,07.2020-ci il tarixdə iş başında olan zaman H.Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 onu saxlamış və sənədlərinin qaydasında və işləmək üçün icazəsinin olduğunu soruşduqda o, sənədlərini təqdim edərək iş icazəsinin olduğunu bildirmiş, Natiq Pənahov isə işləmək üçün icazəsinin olmadığını və xx.xx.2020-ci il tarixində portaldan ləğv edildiyini bildirmişdir. Ona görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə ona cərimə cəzası tətbiq edilmişdir. Halbuki portaldan iş icazəsinin ləğv edilməsi ilə bağlı ona heç bir bildiriş göndərilməmişdir. Polis serjantının məlumatından sonra onun bundan xəbəri olmuşdur. Ölkəni ağuşuna alan covid-19 pandemisyası səbəbindən AR İXM-nin 211.1-ci maddəsinin tələblərim pozduğu üçün inzibati xəta haqqında TP3479797saylı protokol tərtib edilmişdir. Yeni epidemiya əleyhinə rejimin, sankitariya-gigieniya karatin rejiminin pozulması maddəsi ilə cərimə etmişdir. Onun potaldan iş icazəsi silinməsindən xəbərim olmadığı üçün inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı protokol ilə razı deyildir. Məhkəmədən Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru polis kiçik serjantı X3 xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki inzibati işin materiallarında olan Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru polis kiçik serjantı X3 xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində tərtib olunmuş Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru polis kiçik serjantı X3 xx xxxx 2020-ci il tarixli, TP3479797 saylı qərarına əsasən o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən hər qərara görə 200 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin211.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, şikayətini əsaslandıran sübutları, o cümlədən inzibati protokol tərtib edilərkən icazəsinin olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyi üçün X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, X6 inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: X1 X6 inzibati tənbeh vermə haqqında qəraının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1119/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1119/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver