Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-112/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1994-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs oğlu 04.09.2021-ci il tarixdən 05.09.2021-cii l tarixinədək olan müddət ərzində küçədə, yaşadığı evin qarşısında saxladığı özünə məxsus BMW markalı, 01CE464 dövlət qeydiyyat nişanlı avtomobildən cəmi 400 manat dəyərində olan 2 ədəd akkumulyatoru talamışdır. Bundan başqa o, 08.06.2021-ci il tarixdə X2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili evin həyətindən 30 manat dəyərində elektrik kabelini talamışdır. Bundan başqa o, 25.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evindən 100 manat dəyərində 80 metr uzunluğunda olan olan elektrik naqilini kəsərək talamışdır. Bundan başqa o, 10.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evin hasarının çöl tərəfində quraşdırılmış 80 manat dəyərində olan qaz sayğacını talamışdır. Bundan başqa o, 16.11.2021-ci il tarixdən 17.11.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında açıq ərazidə saxladığı VAZ 2107 markalı, 02BL039 dövlət qeydiyyat nişanlı avtomobildən ümumi dəyəri 70 manat olan 2 ədəd ön təkərlərini talamışdır. Bundan başqa o, 20.11.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu ,Atyalı massivində yerləşən evindən 20 manat dəyərində soyuducu motorunun, 20 manat dəyərində tikiş maşının və 60 manat dəyərində elektrik naqilini oğurlayaraq cəmin ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 29.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evindən 60 manat dəyərindı su sayğacını talamışdır. Bundan başqa o, 10.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evindən 90 manat dəyərində tikinti materiallarını oğurlamışdır. Bundan başqa o, 11.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Nübar yaşayış massivində yerləşən evindən 100 manat dəyərində elektrik naqilini talamışdır. Bundan başqa o, 05.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Hökməli qəsəəsi, Nizami küçəsində yerləşən evindən 4 manat dəyərində radioatorun, 20 manat dəyərində avtomobil açar dəstinin, bir ədədinin qiyməti 1 manat olan 3 ədəd dam örtüyünün və 5 manat dəyərində 4 metr uzunluğunda elektrik naqilini talamışdır. Bundan başqa o, 13.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən obyektə daxil olaraq oradan 50 manat dəyərində işlənmiş dəmir qapı, 1 ədədinin qiyməti 5 manat olan iki ədəd 10 manat dəyərində olan odun sobasının, 30 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Bundan başqa o, 01.11.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək olan müddət ərzində RəcəbovRəsul Kazım oğluna məxsus Abşeron rayonu, Hökmli qəsəbəsində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 80 anat olan 50 manatt dəyərində 1 ədəd əl arabasını və 30 manat dəyərində elektrik naqilini talamışdır. Bundan başqa o, 07.12.2021-ci il tarixdən 08.12.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evindən cəmi dəyəri 80 manat olan 30 manat dəyərində elektrik naqili və 50 manat dəyərində armaturları oğurlamışdır. Bundan başqa o, 01.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı evin qarajından 30 manat dəyərində qazanı, 15 manat dəyərində 3 ədəd plastik borunu talamşdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X5 yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 13.01.2022-ci il tarixdə saat 18-40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməlləri səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən qəbul olunur. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13.01.2022-ci il, saat 18:40-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-112/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-112/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver